Tarix : 2015 Nov 13
Kod 46835

Türkiyə Parlament seçkilərinin Reaksiyasi

AKP seçkilərdə qalib ola bildi. Ona görə də belə nəzərə gəlir ki, Türkiyə Parlamentinə seçkilərin bir sıra nəticələri ola bilər:...
Arannews- Ərdoğanın çox təhlükəli bir oyuna əl atması və idarəçiliyi nəzəri icra etməsinə baxmayaraq sabitsizlik onun və başçılıq etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) əleyhinə tamamlana bilərdi. Bununla belə AKP seçkilərdə qalib ola bildi. Ona görə də belə nəzərə gəlir ki, Türkiyə Parlamentinə seçkilərin bir sıra nəticələri ola bilər:
1. Ərdoğanın müxalifləri AKP-nin qələbəsindən sonra onun avtoritar tendensiyalarının güclənəcəyindən narahatdırlar. Müxalifətin nəzərincə, Rəcəb Təyyib Ərdoğan totalitarlıq  sevən və bir növ avtoritarlığı xoşlayan adamdır. Konstitusiya əsasən, prezident vəzifəsində olarkən icra işlərinə müdaxilə etmək haqqının olmamasına baxmayaraq hələ də hakim partiyanın başçısı kimi Türkiyənin daxili işlərinə və xarici siyasətinə qarışır. Ərdoğanın müxaliflərinin fikrincə, o,  ötən 13 ildəki siyasətləri ilə region ölkələri arasında, əsasən də Suriya, İraq və Misirdə Türkiyənin etibardan düşməsinə, ölkənin müxtəlif qrupları arasında ixtilafların dərinləşməsinə, sünni, ələvi, kürd, mahafizəkar, sağçı, solçu, sekülara qütbləşməsinə səbəb olmuşdur. Ona görə də belə düşünürlər ki, Ərdoğan və AKP-nin dövlətdə iştirakı onun gücünü hədsiz-hüdudsuz edəcək və Türkiyəni despotizmə sürükləyəcək. 
2. Ötən həftə Türkiyə Parlamentində mandat qazanan yeni deputatların siyahısına diqqət etsək, görərik ki, 550 yerdən 81-ni qadınlar tutur. Qeyd edək ki, keçən seçkilərdə qadın deputatların sayı 95 olduğu halda hazırkı seçkilərdə 81nəfərə enmişdir.
3. Türkiyənin şiə və ələvi vətəndaşları Ərdoğanın hücum və məzhəbçilik, AKP-nin osmanlıçılıq siyasətinə görə ümdə olaraq bu partiyaya səs vermədilər. Onlar ən çox Respublikaçı Xalq Partiyası və Xalqların Demokratik Partiyasına (HDP) səs verdilər.
4. Keçən dəfəki seçkilərin demək olar ki, qalibi olan və 13,3 faiz səs toplamış Xalqların Demokratik Partiyası (HDP) bu seçkilərdə 10,4 faizini (59 yer) toplaya bildi. HDP-nin səslərinin araşdırılması göstərir ki, bu partiyanın səslərinin azalması iki səbəbdən baş vermişdir:
Birincisi, güman edilir ki, keçən seçkilərdə AKP-dən üz döndərmiş kürd mühafizəkarlar bu dəfə öz səslərini AKP-nin qutularına salıblar. Ərdoğanın "Türkiyədə kürd məsələsi yoxdur" deməsindən sonra 7 iyun seçkilərində HDP-yə səs verən kürdlər, PKK və Suriya qolu – Demokratik Birlik Partiyası və kürdlərin azadlığı uğrunda silahlı birləşmələrin HDP-yə dəstək verməsinə, 3 il atəşkəsdən sonra PKK-nın yenidən Türkiyə təhlükəsizlik qüvvələri ilə qarşılaşması rəğmən, yenidən AKP-yə səs verdilər.
İkincisi budur ki, kürdlərin çoxu Xalqların Demokratik Partiyasının (HDP), Kürdlərin Xalq Demokratik Partiyasına yaxın olduğu, Türkiyə kürdlərinin nümayəndəsi və PKK-nın himayəçisi olduğundan 7 iyun seçkilərində bu partiyaya səs vermişdilər. Ankara və yasaqlanmış partiya olan PKK arasında sülh prosesi iki tərəf arasında vasitəçilik edən HDP-yə qanunilik bağışlamışdı. Bununla da bir müddət qabaq PKK-nın radikal hərəkətlərinə görə siyasi səhnədən kənarlaşdırılmış kürdlər yenidən siyasi siyasi hüzurları artmışdı. Ona görə də 1 noyabr seçkilərində silahlı mübarizəyə etiqadlı olan bir sıra radikal kürdlər 5 ay bundan öncə baş vermiş hadisədən sonra əmin oldular ki, kürd məsələsinin siyasi həll yolu yoxdur. Ona görə də seçkilərdə iştirak etməyə önəm vermədilər və HDP-ni seçkidə dəstəkləmədilər. 
Hər halda HDP-nin səsinin azalmasına diqqət etməklə bu mövzu kürd məsələsinin siyasi yolla həll edilməsinin başlanğıc ola bilər. Bu partiyanın 59 nümayəndə ilə parlamentdə iştirakı kürdlər yaşayan məntəqədən Türkiyənin siyasi mərkəzində nümayəndəlik baxımından çöx önəm kəsb edir. Çünki HDP-nin Türkiyə parlamentində iştirakı kürd məsələsinin həlli üçün yeni prosesin başlanğıcı  ola və kürdləri silahlı mübarizədən siyasi rəqabətə çəkə bilər.
5. Türkiyənin hakim partiyasının daxili və xarici siyasətlərində elə də dəyişikli gözləmək lazım deyil. Hətta bu qələbə partiyanın siyasəti izləməsi üçün siyasətçilərə və onun icraçıları üçün daha çox güc və cəsarət bağışlaya bilər. Daxili məsələlərdə belə nəzərə gəlir ki, bu partiya mütləq güc vasitəsilə Türkiyənin daxili siyasi və ictimai münasibətlərini elə formalaşdırsın ki, müxalifət partiya və qrupları öz mübarizə metodlarını dəyişməkdən başqa bir çarələri olmasın. AKP qanun hökuməti, azad bazar və media azalığının zəifləndirilməsi yolunda hərəkət edərsə, Türkiyə avtoritar rejim və anti-demokratik bir ölkə formasını alacaq. Bu durum AKP və Türkiyə üçün çox xərc aparan bir qələbəyə çevrilə bilər.
Qaynaq: Əl-Vəqt


  • Yazılıb
  • da (də) 2015 Nov 13
  • Göndərən مدير سايت Aran News