İŞİD terror qruplaşması bu anbardan Dəməşqi raket atəşinə tuturdular.
Arannews- Rusiyanın Hərbi Hava Qüvvələrinə məxsus olan qırıcı təyyarələr İŞİD terror qruplaşmasının raket anbarını bombardman ediblər.İŞİD terror qruplaşması bu anbardan Dəməşqi raket atəşinə tuturdular. Bu raketlər uzaqdan idarə olunmayan raketlәr olub. Rusiyanın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bəyan edib ki, İŞİD terrorçuları daimi olaraq bu bazadan raketlə təmin olunurdular. Bununla yanaşı Rusiya aviasiyası Nüsrə cəbhəsinin mina sahəsini o, cüməldən hərbi texnikanın təmiri həyata keçirilən müəssisəsini də məhv etməyə müvəffəq olublar.