Tarix : 2015 Nov 14
Kod 46844

İran İslam Respublikası prezidenti Parisdəki terror aktlarını qınadı

Cənab Ruhani İran xalqı adından cümə günü Parisdə törədilən cinayətləri tənqid edib və Fransa xalqı və dövlətinə başsağlığı verib.
Arannews- İran İslam Respublikası prezidenti Fransanın paytaxtı Parisdə bir qrup insanın ölməsi və yaralanmasına yol açan terror aktlarını qınayıb.
İran İslam Respublikası prezidenti Həsən Ruhani Fransa prezidenti Fransua Olanda ünvanlanmış müraciətdə Parisdə bir qrup insanın ölməsi və yaralanması ilə nəticələnən terror aktlarını qınayaraq, baş verənləri kədərləndirici hadisə adlandırıb. 
Cənab Ruhani İran xalqı adından cümə günü Parisdə törədilən cinayətləri tənqid edib və Fransa xalqı və dövlətinə başsağlığı verib. 
İran prezidenti həmçinin deyib: Şübhəsiz bu kimi hadisələr zamanı dünyanın ən mühüm mesajı terrorçu qruplaşmalar ilə daha ciddi və qətiyyətli mübarizənin aparılmasıdır.


  • Yazılıb
  • da (də) 2015 Nov 14
  • Göndərən مدير سايت Aran News