Tarix : 2015 Nov 14
Kod 46845

İran prezidentinin İtaliya və Fransaya səfəri ləğv edildi

Cümə günü Fransanın paytaxtı Parisdə törədilən terror aktlarının ardınca İran prezidenti Həsən Ruhaninin səfəri ləğv edildi.
Arannews- İran İslam Respublikası prezidentinni İtaliya və Fransaya planlaşdırılan səfəri ləğv edilib.
İran prezidenti Həsən Ruhani şənbə günü səhər yüksək səviyyəli bir heyətin başında İtaliyaya və daha sonra Fransaya səfər etməli idi. Lakin, Cümə günü Fransanın paytaxtı Parisdə törədilən terror aktlarının ardınca bu səfər ləğv edildi. 
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də İran prezidentinin İtaliya, Vatikan və Fransaya planlaşdırılan səfərinin ləğv edilməsini təsdiqləyib. 
Zərif deyib: İtaliya xarici işlər naziri ilə telefon söhbətində bildirildi ki, hazırda Fransada baş verən faciəni terrorizmə qarşı birgə və ciddi mübarizənin aparılması üçün beynəlxalq səviyyədə ahəngdarlığın yaradılması istiqamətində dəyərləndirmək lazımdır. Buna görə də, yaxşı olar ki, İran prezidentinin Avropaya olacaq səfəri daha münasib bir zamanda həyata keçirilsin.

  • Yazılıb
  • da (də) 2015 Nov 14
  • Göndərən مدير سايت Aran News