Putin, Moskva və Tehran arasında uzunmüddətli əməkdaşlıqların genişləndirilməsinə təkid və regional məsələlər barədə Həsən Ruhani ilə müzakirə edib.
Arannews- İran İslam Respublikası və Rusiya prezidentləri ikitərəfli və regional məsələlər barədə fikir mübadiləsi aparıblar.
Vladimir Putin iranlı həmkarı Həsən Ruhani ilə telefon danışığında qaz ixrac edən ölkələr assambleyasının 3-cü sammitində iştirak məqsədi ilə Tehrana səfər edəcəyini bildirib.
Putin həmçinin, Moskva və Tehran arasında uzunmüddətli əməkdaşlıqların genişləndirilməsinə təkid və regional məsələlər barədə Həsən Ruhani ilə müzakirə edib.
Rusiya prezidenti Tehrana olacaq rəsmi səfəri çərçivəsində qaz ixrac edən ölkələr assambleyasının 3-cü sammitində iştirak etməklə yanaşı, İranın yüksək səviyyəli rəsmiləri ilə də ikitərəfli görüşləri olacaq.
Qaz ixrac edən ölkələr assambleyasının 3-cü sammiti 23 noyabrda Tehranda keçiriləcək.