Tarix : 2015 Nov 15
Kod 46853

Azərbaycanlı məddahdan imam Zamana (əc) xitab: Rüxsət ver ağa ta GünAz-ın gündüzü batsın

Günaz TV peyk kanalı əhli-beytə (ə) həyasızcasına hörmətsizliyinin ardınca müxtəlif qanadların rakasiyası ilə qarşılaşdı.
Arannews- Günaz TV peyk kanalının əhli-beytə (ə) həyasızcasına hörmətsizliyinin ardınca Təbrizli şair və əhli-beyt (ə) məddahı Seyd Əli Hüseyni bu mövzuya nifrətini bildirmək üçün imam Zamana (əc) xitab olaraq türkcə şer yazıb. Şerdə Azərbaycan xalqının əhli-beyt (ə) sevgisini və onların düşmənlərinə nifrətini bildirib.
Günaz TV peyk kanalı əhli-beytə (ə) həyasızcasına hörmətsizliyinin ardınca müxtəlif qanadların rakasiyası ilə qarşılaşdı. Təbrizli şair və əhli-beyt (ə) məddahı Seyd Əli Hüseyni bu mövzuya nifrətini bildirmək üçün imam Zamana (əc) xitab olaraq türkcə şer yazıb. Şerdə Azərbaycan xalqının əhli-beyt (ə) sevgisini və onların düşmənlərinə nifrətini bildirib.
Şerin mətni belədir:
Təcil elə əmri-fərəcə ey gülü-Taha
Şiə yoluvu gözləyir, ta başlaya heca

Düşmən belə fikr eləyir, bikəslərik biz
Bilmillə ki, hər gün adızı səsləyikir biz
Can nəqdini əldə yoluza bəsləyirik biz
Gəl, şiəyə bu ərseyi-zülmətdə nəfəs ver
Bir ömrüdür biz səsləyirik, gəl bizə səs ver

Kimdi GünAz-ın mücrisi hürsün qabağızda
Gəlsin anazın adı gərəkdir pak ağızda
Görmüllər yanır şöleyi-qeyrət ocağızda
Rüxsət ver ağa, ta GünAz-ın gündüzü batsın
Qaldır ələmin, küfr ələmi zülmətə batsın

Kafidi verə rəhbərimiz əmr, cihadə
Ta şiə edə əmri-cihad üstə iradə
Qüdsa vurullar Kərbübəladən bəli caddə
Bu caddə vurulduqca yetə zülm təmamə
Ta Məscidül-Əqsadə namaz olsun iqamə

Mən türkəm, Əli alinə bir ömür qulaməm
Bu Ərbəin, ərbabıma müştaqi-səlaməm
Qismət ola orda bu olar ümdə kəlaməm
Zikrim gecə-gündüz budu ta həşr ola bərpa
Canım sənə qurban ola ya həzrəti Zəhra


  • Yazılıb
  • da (də) 2015 Nov 15
  • Göndərən مدير سايت Aran News