Tarix : 2015 Nov 15
Kod 46855

Lənkəran ictimaiyyəti tərəfindən MTRŞ-nın sədrinə telekanallarda şiələrin təhqir olunmasına etiraz olaraq müraciət edilib

Hörmətli sədr! Sizə bildiririk ki, 7-9 noyabr 2015-ci il tarixlərində Xəzər TV, ATV, Space TV və Lider TV – də ''Televiziya və radio yayımı haqqında'' Azərbaycan Respublikasının qanun pozuntusuna yol verilmişdir...
Arannews- Lənkəran ictimaiyyəti tərəfindən Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmova telekanallarda şiələrin təhqir olunmasına etiraz olaraq müraciət edilib

Müraciət

Hörmətli sədr! Biz – Lənkəran ictimaiyyəti sizin “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı üzrə televiziya kanallarının inzibati icraata və inzibati xətalara dair icraatlarınızı izləyir və bunu təqdir Azərbaycan Respublikasının 15 may 2015-ci il tarixli 1281-IVQ saylı Qanununun 13.2-ci maddəsinə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 187-1.0.5-ci maddəsinə uyğun olaraq “ANS” televiziyasının efirində yayımlanan verilişlərdə sponsorluqla bağlı qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar olaraq, “ANS” televiziyasının ümumilikdə 54 000 manat məbləğində cərimə cəzası tətbiq edilməsi barədə qərar qəbul edilməsi; Eyni zamanda “ANS” televiziyasının efirində yayımlanan bəzi proqramlarda şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmadığını, insanların şərəf və layəqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə, birtərəfliyə yol verildiyini, sponsorluqla bağlı qanunverciliyin tələblərinin pozulduğunu nəzərə alaraq, həmin verilişin bir neçə gün müddətinə dayandırılması barədə qərar qəbul edilməsi bizə ümid verir ki, sizə bildirəcəyimiz məsələ ilə də bağlı doğru qərar qəbul edəcəksiniz.

 

Hörmətli sədr! Sizə bildiririk ki, 7-9 noyabr 2015-ci il tarixlərində Xəzər TV, ATV, Space TV və Lider TV – də ''Televiziya və radio yayımı haqqında'' Azərbaycan Respublikasının qanun pozuntusuna yol verilmişdir. Belə ki, ''Televiziya və radio yayımı haqqında'' Azərbaycan Respublikasının qanunu Maddə 3. Teleradio fəaliyyətinin əsas prinsiplərinə Yayımçı öz fəaliyyətində informasiyanın əhatəliliyi, obyektivliyi, tam və doğru-dürüstlüyü, vətəndaşların öz fikir və baxışlarını sərbəst ifadə etməsi, ideoloji və siyasi plüralizm, tərəfsizlik və qərəzsizlik, insanların şəxsi həyatına müdaxilənin yolverilməzliyi, milli-mənəvi dəyərlərin qorunması, peşə etikasına və əxlaq normalarına riayət edilməsi, proqramların keyfiyyətliliyi prinsiplərinə əsaslanmalıdır. Bunun ziddinə olaraq, təxminən 80 faizi ölkədəki bütün din və məzhəblərə hörmətlə yanaşan cəfəri (yəni şiə) olan Azərbaycan əhalisi yuxarıda adları göstərilən televiziya kanalları tərəfindən açıq –aydın təhqir olunmuş, dünya dövlətləri tərəfindən terror təşkilatı kimi elan edilən İŞİD, Boko Haram və digər terrorçularla eyni göstərilmişdir. Bu bütün Azərbaycan xalqına və Onun Milli Mənəvi Dəyərlərinə qarşı birbaşa həqarətdir. Dünyada heç bir dövlət tərəfindən terrorist elan edilməyən cəfəriləri, yəni şiələri qərəzli şəkildə terrorist adlandıran bu kanallar əslində öz xalqını terrorçu adlandırmışdır, çünki öncə də, qeyd etdiyimiz kimi xalqımızın təxminən 80 faizi şiədir. Bu hərəkətlərilə Xəzər TV, ATV, Space TV və Lider TV Azərbaycan dövlətinin düşmənlərinin dəyirmanına su tökür. Əmin olun ki, qeyri profesionallıqdan irəli gələn bu cür yayımlardan sabah düşmən dövlətlər Respublikamıza qarşı bir fakt kimi məharətlə istifadə edəcəklər. ''Televiziya və radio yayımı haqqında'' Azərbaycan Respublikasının qanunu 32.0.3.

insanların şərəf və layəqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yol verilməməli, şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmalıdır və 32.0.4. faktlar və hadisələr ədalətli şərh olunmalı, birtərəfliliyə yol verilməməlidir maddəsinin ziddinə olaraq Xəzər TV, ATV, Space TV və Lider TV xəbərdə cinayəti təsdiq edilməyən bir ilahiyyatçı alimin heç bir dəlil və sübut olmadan qaniçən terror liderləri ilə birlikdə şəklinin göstərilməsi ədalətdən uzaq bir hərəkət və tək onun deyil, ətrafındakı insanların da şərəf və layəqətinin alçaldılması, nüfuzunun ləkələnməsidir.

Azərbaycan Respublikası Qafqaz Müsəlmanlar İdarəsi tərəfindən qanuni şəkildə ölkəmizə dəvət olunan və həmin idarənin nümayəndələri ilə birlikdə ölkəmizin məscid və ziyarətgahları, Şəhidlər Xiyabanını ziyarət edən bir yaşlı şiə alimin əlini öpmək haçandan milli mənəvi dəyərlərimizə zidd sayılır?!

Bu alimin adını terror liderlərilə yanaşı hallandıran bu kanallar Azərbaycan Respublikası Qafqaz Müsəlmanlar İdarəsinin bir terrorçunu vətənimizə dəvət etdiyinimi Nə zamandan bir alimin əlini öpmək terroristlərin heç bir narahatlıq hissi keçirmədən günahsız insanların başlarını kəsməsilə bərabər tutulur? Hansı terrorist bu günə qədər yaşlı bir alimin əlini öpüb?! Əksinə İŞİD terrorçularının bu günə qədər tökdükləri qanlar və kəsdikləri başlar onların bu əməli və digər milli-mənəvi dəyərlərimizi bidət hesab etdiklərinə görədir. Bu xəbər həm kanalın, həm aparıcının və həm də həmin xəbəri hazırlayanın dini və elmi bilgisizliyini, həmçinin dünyada baş verənlərdən kamil şəkildə məlumatlı olmadığını sərgiləyir.

Xəzər TV, ATV, Space TV və Lider TV sadəcə ''Televiziya və radio yayımı haqqında'' Azərbaycan Respublikasının qanunu Maddə 3; 32.0.3. və 32.0.4. pozmaqla kifayətlənməmiş və 32.0.9. “milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl şəkildə əməl olunmalıdır” maddəsini də pozmuşdur. Bu hərəkətləri bəlkə də, hansısa dairələrin sifarişlərini yerinə yetirmək məqsədilə edirlər.

Hörmətli sədr! ''Televiziya və radio yayımı haqqında'' Azərbaycan Respublikasının qanunu Maddə 41. Qanunun pozulmasına görə məsuliyyət barəsindədir.

 “Bu Qanunun tələblərini pozan fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyırlar. Buna əsasən adları, soyadları və imzaları bu müraciətə əlavə olunmuş vətəndaşlar tərəfindən Xəzər TV, ATV və Space TV barəsində ölçü götürməyinizi xahiş edirik."


  • Yazılıb
  • da (də) 2015 Nov 15
  • Göndərən مدير سايت Aran News