Tarix : 2015 Nov 15
Kod 46857

Terrorçular məhv edilməkdədirlər

Seyid Həsən Nəsrullah "Təkfirçi plan fitnə törətməyə və cəmiyyətlərin məhvinə söykənib" deyərək,...
Arannews- Livan Hizbullahının baş katibi bu qrupun İŞİD-in Fransadakı terror cinayətlərini və günahsız insanların qırğın edilməsini pislədiyini bildirərək, deyib: Biz Fransa xalqının kədəri ilə bölüşür və onunla həmrəylik edirik.
Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Əlminar telekanalından yayımlanan şənbə günü gecəki çıxışında cümə günü gecə Parisdə törədilmiş terror partlayışlarını pisləyərək, deyib: Son Fransa və Livan terror hadisələri sübut edir ki, terrorçular cinayətlər törətməkdə heç bir hədd-hüdud tanımırlar və onlarla mübarizə üçün kollektiv həmkarlıq lazımdır.
Seyid Həsən Nəsrullah söyləyib: Cümə axşamı günü gecə Beyrutun cənubunda baş vermiş terror partlayışlarının əsas amilləri hazırda Livanın daxili təhlükəsizlik qüvvələrinin həbsindədirlər. O, sonra deyib: Bu, həmin qüvvələr üçün bir uğur olub və onlara təşəkkür edirik.
O, qeyd edib ki, həbs olunmuş ünsürlər İŞİD təkfirçi-terrorçu qrupu ilə əlaqədə olduqlarını etiraf ediblər və deyiblər ki, bu terror cinayətinin həyata keçirilməsi göstərişini həmin qrupun başçılarından alıblar.
Seyid Həsən Nəsrullah "Təkfirçi plan fitnə törətməyə və cəmiyyətlərin məhvinə söykənib" deyərək, əlavə edib: Livanlılara, xüsusən müqavimət əhlinə deyirəm ki, daim bilməliyik, əsas düşmənlər, sionisti rejimi və terrorçulardırlar və onların hədəfləri, Livanda vətəndaş müharibəsi salmaqdır.
O, qeyd edib: Bəziləri Fələstin xalqını misirlilər, suriyalılar və livanlıların düşməni kimi təqdim etməyə çalışırlar, halbuki fələstinliləri təkfirçi terrorçuların törətdikləri cinayətlərdə məsul bilmək olmaz.
Livan Hizbullahının baş katibi deyib ki, terrorçu-təkfirçi qrupların, xüsusən İŞİD-in ömrü azdır və onlar ardıcıl surətdə İraq və Suriyada böyük xəsarətlər və məğlubiyyətlərə düçar olurlar. O, vurğulayıb: İŞİD nə savaş dövründə, nə də ki, sülh dövründə bir yerə və gələcəyə malik olmayacaq.


  • Yazılıb
  • da (də) 2015 Nov 15
  • Göndərən مدير سايت Aran News