"İran İslam Respublikasının mədəni əlaqələri və qonşuları" kitabı Türkiyənin, hətta İranın müasir tarixinə aid kod və qaynaqlarla doludur. Bu üzdən oxucuya iki ölkə arasında son əsrdə baş tutan məsələlər barədə hiss olunan tanışlıq verir.
AranNews- Bu Kitab, İranın Mədəniyyət və İslami İrşad Nazirliyinin mədəniyyət, incəsənət və münasibətlər mərkəzi tərəfindən çap edilmişdir.
Kitabın müəllifi: Həmid Əhmədi, Tehran Universitetinin elmi heyətinin üzvü
"İran İslam Respublikasının mədəni əlaqələri və qonşuları" kitabı 7 fəsil və 211 səhifədə, 2010-cu ildə qələmə alınmışdır. İran və Türkiyə arasında qədim qonşuluğa, ömrü bir çox mühüm dünya ölkələrinin yaranmasından artıq olan dövlət anlaşmalarına diqqət etməklə bu iki ölkənin tarix boyu mövcud münasibətlərini, əsasən də mədəni əlaqələrini araşdırmağın böyük əhəmiyyəti vardır. Bu araşdırma üçün iki xalq arasındakı mədəni problem və potensiallarını tanımağa ehtiyac vardır. Digər tərəfdən problemləri dəqiq tanımaq bu imkanı verir ki, daha çox təcrübə əldə edilsin və problem yaradan siyasətlər yürütməkdən çəkinilsin.
Sözü gedən kitabda bu şərait yaradılır və müəllif cəhd edir ki, iki ölkə arasındakı tarixi və mədəni münasibətlərin daha da dərinliyinə varmaqla qədim qonşularla münasibətlərinə ciddi xələl yetirən mövzuları araşdırsın.
Kitabın birincidən dörcüncüyə qədər olan fəsilləri beynəlxalq və regional münasibətlərdə qarşılıqlı anlaşmanın nəzəri aspektlərinə və bu qəbildən olan münasibətlərin problem və imkanlarına, həmçinin bu barədə bir konseptual çərçivə barədə araşdırmaya həsr olunur.
Beşinci fəsil İran-Türkiyə xarici əlaqələri və mədəni anlaşmaları barədədir. Kitabın bu hissəsi tarixin dərinliklərinə baş vurmuş, İran-Osmanlı münasibətlərini araşdırmaqla başlayır, Osmanlılar dövlətinin sona yetməsindən sonra Türkiyədə cumhuriyyət əsrinə və eləcə də İran İslam İnqilabı və onun iki ölkə arasındakı münasibətlərə təsirindən söz açır. Bu fəsildə Türkiyənin İslam İnqilabının müxaliflərini dəstəkləməsi, İranın bəzi vaxtlar Türkiyə kürdlərini dəstəkləməsi, pantürkizm məsələsi, Türkiyə-İsrail münasibətləri və s. iki ölkə arasındakı siyasi münasibətlərə zərər yetirən mövzular kimi tanıdılır.
Həmçinin, tədqiqatçının nəzərində Türkiyənin bir neçə il öncə təhsil bursları vermək yolu ilə İranın təhsil almış təbəqəsi arasında nüfuz etməyə cəhd etməsi, sonra da onlardan qeyri-ənənəvi mədəniyyət əlaqələrdə istifadə etməsi iki tərəf arasında problem yaradan digər mövzu kimi göstərilir. O, xüsusilə sonradan pantürkizm hərəkatının fəallarından sayılan Həmid Nitqi və Cavad Heyətin tərtib və burslarına işarə edərək yazır: "Bəzi xəbərlərə görə Türkiyə dövləti 1941-ci ilin sentyabrından sonra birtərəfli olaraq çoxu azərbaycanlı olan yüzdən yuxarı iranlı tələbəyə burs (təqaüd) verməyə başladı. Bu tələbələrdən Həmid Nitqi və Cavad Heyəti kimi bəziləri İslam İnqilabından sonra pantürkizm fəallarına çevrildilər".
Altıncı fəsildə mədəni əlaqələrin imkan və problemləri araşdırılır. Bu fəsildə iki ölkənin dini və tarixi ortaqlıqları, bir-birləri üçün maraqlı olan sivilizasiya və mədəniyyət cazibəliklərindən yazılır. Həmçinin, şiə-sünnü parçalanmasını, İran və Türkiyə millətçiliyi arasındakı ziddiyyəti iki ölkənin problemindən hesab edilir.
Kitabın bu hissəsində romantik pantürkizm şəxsiyyətçiliyi iranlıların Osmanlı dövlətinin sonlarından indiyə kimi Türkiyənin siyasətinə bədbin yanaşmasının faktorlarından sayılması kimi dəyərləndirilir.
Həmid Əhmədinin bu fəsildə apardığı tədqiqatın nəticəsindən belə çıxır ki, osmanlıların "Təşkilati Məxsusə"sinin, xüsusilə də Rövşəni bəy, həmçinin, "türk yurdu", "türk ocağı" kimi təşkilatlar əsrin əvvəllərində iranlıların zehninə qoyulmuşdur və hələ də onu unutdurmaq üçün heç bir iş görülməmişdir. İranlı siyasətçilərin zehnində Türkiyə siyasətçilərinə qarşı panturanizm fərzi vardır.
Yazıçı bu bölmədə Rövşəni bəyin fəaliyyətləri barədə faydalı məlumat verir və Osmanlı panturanistlərinin niyyətləri gözdən keçirir.
Kitabın yeddinci fəsli mədəniyyət diplomatiyası və əngəllərin qarşısını almaq haqqında fikirlərdir. Həmid Əhmədinin nəzərincə İran-Türkiyə münasibətlərində iki əsas dəyişən mövzu təsirlidir. Birincisi Türkiyədə İslam İnqilabının qələbəsinin təsiri altında radikal islamçılığın artması, ikincisi isə hər iki ölkədə mövcud olan millətçi hegemon hegemonik məfhumları.
Əhmədinin fikrincə, İran Türkiyədəki romantik pantürkizm məfhumundan narazıdır və onu təhdid amilli kimi dəyərləndirir. Qarşılıqlı olaraq Türkiyə də İranın millətçilik hərəkatlarının dəstəkləməsi çərçivəsində Türkiyədə kürd mübarizlərini dəstəkləməsini özü üçün təhlükə hiss edir.
Müxtəlif vasitələrin istifadəsi etməsinə görə Həmid Əhmədini hal-hazırda İranın etnik araşdırmalar üzrə ən çalışqan və ən mühüm alimlərindən hesab etmək olar.
Mədəniyyət diplomatikası iki ölkə arasında yaranan ifrat millətçiliyi aradan qaldırmaqda çox təsirlidir. Bu yönümdən həm İran, həm də Türkiyə orta millətçiliyin reallığını qəbul etməklə yanaşı bu yolda ifrat millətçiliyi mənfi təsirlərindən çəkinməlidir.
Yazıçı belə düşünür ki, İran istərsə Türkiyə əleyhinə paniranizm ideyasına söykənməklə daha tutarlı və təsirli bir vasitə ixtiyarında vardır və Türkiyənin oxşar siyasətinin qarşısında ondan istifadə edə bilər.
Paniranizm kartının daha təsirli olması bu reallıqdan qaynaqlanır ki, keçmişdə və indi öz kimliyinə və milli həmrəyliyə vəfalı olan və İran millətçiliyinin yüksəlməsi üçün fəal rol ifa edən azərilərin əksinə olaraq Türkiyə türkləri ən çox anti-türk mövqedən çıxış edirlər və öz etnik məqsədləri ilə türk millətçiliyi arasında azacıq da olsa bir uyğunluq hiss etmirlər.
Nəticədə, keçmişdə Türkiyə dairələrinin pantürkizm siyasətlərinin azərilər tərəfindən kəskin reaksiya ilə qarşılaşdığı kimi bu gün də İran azəriləri onların pantürkizm siyasətləri qarşısında həmin mövqedə dayanacaqlar.
Daxili kiçik pantürkizm dairələrin fəalliyyətləri və Azərbaycan əhalisinin onu yaxşı qarşılamaması təcrübələri göstərir ki, pantürkizmin İranda sosial bazası yoxdur.
Bunun əksinə olaraq Türkiyə kürdləri hələ qədim zamanda Şeyx Səid Piran 1925-ci ildə qiyamında öz mübarizələri üçün İrandan dəstək qazanmağı çox yaxşı qarşıladılar. Ararat və Ehsan Nuri Paşanın İranla yaxşı münasibətlərini də bu siyahıya artırmaq olar.
Müəllif sonra belə nəticə alır ki, yaxşı olar ki, hər iki ölkə heç bir tərəfə faydası olmayan gərginlik yaradan siyasətlərdən çəkinsinlər və öz potensiallarını regionda təhlükəsizliyin təmini və qarşılıqlı anlaşmaya sərf etsinlər.
Əsərin müəllifi və tədqiqatçısı Həmid Əhmədi Tehran Universitetində alim və Yaxın Şərq Araşdırmaları İnstitutunun vitse-prezidentidir. Tədqiqatçının özəl xüsusiyyəti onun ərəb dünyası və Türkiyə də daxil olmaqla Yaxın Şərq məsələləri barədə ətraflı və dəqiq məlumatının olması, digər tərəfdən isə etnik və millətçilik mövzularına xüsusi olaraq vaqif olmasıdır. Tam cəsarətlə demək olar ki, Həmid hal-hazırda İranın etnik araşdırmalar üzrə ən çalışqan və ən mühüm alimlərindən hesab etmək olar və bir neçə kitab, tərcümə, fars və ingilis dillərində tədqiqi məqalələri ilə tanınır. Əhmədinin İranda Rövşən bəy barədə etnik və kimlik araşdırmalarına təsiri bir meyardır. Bu sahədə ən mühüm əsərlər Əhmədinin qələmi ilə yazılmışdır. Öz növbəsində onun şagirdləri son illərdə bu növ araşdırmalara təsir qoymuş, hətta yaxşı siyasətçilər olmuşlar.
Bu ikitərəfli özəllik (yazıçının Yaxın Şərq və etnik məsələlərlə tanışlığı) hazırkı kitabı İran-Türkiyə münasibətlərində dəyərli qaynağa və nadir tapıntıya çevirmişdir.
"İran İslam Respublikasının mədəni əlaqələri və qonşuları" kitabı Türkiyənin, hətta İranın müasir tarixinə aid kod və qaynaqlarla doludur. Bu üzdən oxucuya iki ölkə arasında son əsrdə baş tutan məsələlər barədə hiss olunan tanışlıq verir.
Kitab, İranın Mədəniyyət və İslami İrşad Nazirliyinin mədəniyyət, incəsənət və münasibətlər mərkəzi tərəfindən çap edilmişdir.
Maraqlananlar kitabı əldə etmək üçün etibarlı kitab mağazalarına müraciət edə bilərlər.
Əlaqə telefonları: 88902213 və 88902214.