Arannews- İslam ölkələrinin Səhiyyə nazirlərinin V iclası İstanbulda keçirləcək.
İclas İSESCO-nun təşkilatçılığı ilə 17-19 noyabrda Türkiyənin İstanbul şəhərində keçiriləcək və İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin Səhiyyə nazirləri bu toplantıda iştirak edəcəklər .
İndoneziyanın paytaxtı Cakartada 2013-cü ildə keçirilən İslam ölkələrinin Səhiyyə nazirlərinin IV toplantısında qəbul edilən qərarlar və tövsiyyələr haqda hsebatının dinlənilməsi bu İclasın əsas mövzularından olacaq .
Habelə, İslam Əməkdaşlığı Təşkilatında səhiyyə sahəsində strateji fəaliyyət planının icrasına dair hesabata da bu konfransda baxılması nəzərdə tutulur .
İclasda, İslam Əməkdaşlığı Təşkilatında səhiyyə və sağlamlıq sahəsində strateji fəaliyyət planının icrası ilə bağlı QHT-lərin rolu araşdırılacaq .
İslam ölkələrinin Səhiyyə nazirlərinin ikillik toplantısı İslam cəmiyyətlərində prioritet sayılan səhiyyə və sağlamlıq məsələlərinin araşdırılması məqsədilə keçirilir və İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrdə səhiyyə və sağlamlığın vəziyyətini nəzərdən keçirir .