Azərbaycan Respublikasi prezidenti: "terrorizm Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin tərkib hissəsidir."
Arannews- Azərbaycan Respublikasi prezidenti İlham Əliyev Antalyada G20 sammitində terrorizmə qarşı mübarizə və qaçqın böhranı mövzusunda müzakirələrdə çıxış edib. İlham Əliyev çıxışında bildirib ki, Azərbaycan Respublikasi özü terrorizmdən əziyyət çəkən ölkələrdəndir və bu terrorizm Ermənistanın Azərbaycan Respublikasina qarşı işğalçı siyasətinin tərkib hissəsidir. Ermənistan terror təşkilatı tərəfindən Azərbaycanda törədilən terror aktları nəticəsində 2 mindən çox Azərbaycan Respublikasi vətəndaşı həlak olub.
Azərbaycan Respublikasi torpaqlarının işğalı məsələsinə toxunan dövlət başçısı deyib ki, Ermənistanın Azərbaycan Respublikasina qarşı təcavüzü nəticəsində Azərbaycan Respublikasi ərazisinin 20 faizi zəbt olunub: “Azərbaycan Respublikasina qarşı etnik təmizləmə siyasəti həyata keçirilib. İşğal nəticəsində Azərbaycan Respublikasi humanitar fəlakətlə üzləşib, bir milyona yaxın soydaşımız öz doğma torpaqlarından didərgin düşüb. BMT Təhlükəsizlik Şurasının 20 ildən çoxdur ki, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan Respublikasi ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, Ermənistan tərəfi indiyədək buna məhəl qoymur”.
Prezidentin sözlərinə görə, dünyanın bir nömrəli beynəlxalq təşkilatı tərəfindən qəbul edilmiş qərarlara Ermənistan tərəfindən əməl olunmaması çox ciddi məsələdir. O xüsusi olaraq vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunmalıdır.