Heydər əl-İbadi: "İŞİD vəhhabiliyin hərbi qoludur. "
Arannews- İraqın baş naziri Heydər əl-İbadi İraq ordusu və xalq qüvvələrinin terrorçular ilə mübarizə meydanındakı irəliləyişlərinə işarə edərək, deyib: İŞİD vəhhabiliyin hərbi qoludur və İraqın bütün siyasi qrupları ona qarşı mübarizədə birləşməlidirlər.
Heydər əl-İbadi ordu və xalq qüvvələrinin terrorçu qruplaşmalar ilə mübarizədəki səylərini yüksək qiymətləndirib və onlardan istəyib ki, tam ahəngdarlıq və əməkdaşlıq yolu ilə İŞİD-ə yeni terror aktları törətmək icazəsi verməsinlər.