senator Ben Kardin Arif Yunusun azadlığa buraxılması ilə bağlı bəyanatla çıxış edib.
Arannews- ABŞ Konqresi Helsinki Komissiyasının həmsədri, nüfuzlu senator Ben Kardin Arif Yunusun azadlığa buraxılması ilə bağlı bəyanatla çıxış edib.
“Mən Arif Yunusun ədalətsiz həbsindən və mühakinə edilməsindən sonra azadlığa buraxılmasını alqışlayıram. Arif və Leyla Yunuslara qarşı ittihamlar siyasi motivlidir və Azərbaycanda insan haqlarının vəziyyətinin yolverilməz olduğunu bildirir.
Mən A.Yunus azad edilsə də hüquqi statusunun əvvəlkitək qalmasından, eyni zamanda onun həyat yoldaşı Leyla Yunusun hələ də həbsdə olmasından narahatam.
Mən Azərbaycanda qanunun aliliyinin tam bərpasına və Yunuslar cütlüyünün üzərindən bütün ittihamların götürülməsinə israr edirəm.
Eyni zamanda Azərbaycan prezidenti İlham Əliyev vətəndaş fəallarının hüquqlarının pozulmasına son qoymalıdır”, - bəyanatda deyilir.