Arannews- “Gələn həftə ABŞ-dan olan ticarət missiyasının və yüksək vəzifəli şəxslərin Azərbaycana səfəri gözlənilir”.
bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bildirib.
Onun sözlərinə görə, hansı nümayəndə heyətinin gəlməsindən asılı olmayaraq, onlar 2 ölkə arasında ümumi əlaqələrə toxunur: "Bəzən xüsusi sahələrə də diqqət ayrılır. Amma kimin gəlməyindən asılı olmayaraq, ölkələrimizin əməkdaşlıq etdiyi 3 əsas sahə - insan haqları, demokratiya təhlükəsizlik və iqtisadiyyat sahəsində müzakirələr aparılır".