Son günlər İranda baş verən hadisələrdən Amerika və İngiltərə və digər hegomon dövlətlər sui-istifadə edərək məntəqədəki sabitliyi pozmağa çalışır.
AranNews- Bu iki ölkəyə bağlı xarici saytlar bir azərbaycanlı cavanın (İran azərisi) fotosunu yayıb və qeyd ediblər ki, fotoda gördüyünüz şəxs İran azərisidir və polislər onu etiraz aksiyalarında (türklərin təhqir olunmasına qarşı keçirilən aksiya) qətlə yetirib.
Təəssüf doğuran hal budur ki, Azərbaycan respublikasında Amerika və İngiltərə mətbuatına inanan saytlar bu yalan xəbəri “İranda azərbaycanlı cavan şəhid edildi” başlığı ilə yayıblar. Həqiqət isə belə deyil. Xəbər İslam düşmənlərinin uydurmasıdır.
Bu uydurmadan bir müddət sonra həmin cavan sosial şəbəkələrdə öz videosunu yaydı və dedi ki, mənim barəmdə yayılanlar şayiədir. Mən sağam, heç bir aksiyada olmamışam.
Quranda buyurulur ki, hər zaman fasiq sizə xəbər gətirsə o xəbəri araşdırmadan qəbul etməyin. Amerika və İngiltərə mətbuatının bəzi nümayəndələri (BBC, Amerikanın səsi) fasiq insanların, İslam düşmənlərinin əlindədir. Buna görə də Azərbaycan üçün çalışan möhtərəm saytlar onların verdiyi xəbəri araşdırmadan yaymamalıdır.
Həmçinin Azərbaycan Respublikasında fəaliyyət göstərən saytların içində Amerika və İngiltərənin qərəzli mətbuatına aldanıb bu yalan xəbəri yayan saytların adını qeyd edirik:
Azpolitika.info
*****
Nezermedia.az
*****
Reaksiya.az
*****
Lent.az
*****
Pressanews.com
*****
Feat.az (Bu saytın qərəzi daha çoxdur. Edam olunma fotosu buna sübutdur.)
*****
Anspress.com
*****
Visiontv.az
*****
ekspress.az
*****
Axar.az və Apa.TV