Iraqin təhlükəsizlik qüvvələri İmam Hüseyn (ə) zəvvarlarına hücum niyyətində olan İŞİD terror qruplaşmasına bağlı 7 nəfərlik bir terror dəstəsini zərərsizləşdiriblər.
Arannews- İraqın Daxili İşlər Nazirliyi çərşənbə axşamı günü bir bəyanatda İraqın təhlükəsizlik qüvvələrinin İmam Hüseyn (ə) Ərbəini mərasiminin keçirilməsi üçün tam hazır vəziyyətdə olduğunu qeyd edərək bildirib: Əldə olunan məlumatlara əsasən təhlükəsizlik qüvvələri Əl-Durə və Mahmudiyyə məntəqələrində İmam Hüseyn (ə) zəvvarlarına hücum niyyətində olan İŞİD terror qruplaşmasına bağlı 7 nəfərlik bir terror dəstəsini zərərsizləşdiriblər.
İraq DİN bəyanatında əlavə edib: Bu terror dəstəsinin 6 üzvü Bağdadın cənubunda əl-Durə məntəqəsi yaxınlığında iki həftə həbs olunub, biri isə qaçıb.
Bu arada İraq təhlükəsizlik qüvvələri Bağdadın cənubunda əl-Yusifiyyə məntəqəsində İŞİD-ə aid silah-sursat anbarını aşkarlayaraq zəbt ediblər.
İraq təhlükəsizlik dairələri bildiriblər: İŞİD terrorçuları bu anbardakı silah-sursatlardan Ərbəin mərasimində İmam Hüseyn (ə) zəvvarlarına hücum üçün istifadə etməyi planlaşdırırmışlar.
Çərşənbə günü 2 dekabr 20 səfər 1437-ci hicri qəməri ilə dünya şiələrinin 3-cü imamı şəhidlər sərvəri Həzrət Əba Əbdillahil-Hüseyn (ə) ərbəinidir.