Tarix : 2015 Nov 17
Kod 46878

terrorizm və kobud ekstremizm beynəlxalq bir təhdid sayılır

Terrorizm və ekstremizmlə mübarizə beynəlxalq həmkarlıq tələb edir.
Arannews- İranın BMT-dəki səfiri və nümayəndəsinin müavini deyib: Son terror hadisələri bir daha sübut etdi ki, terrorizm və kobud ekstremizm beynəlxalq bir təhdid sayılır və onunla mübarizə də beynəlxalq həmkarlıq tələb edir.
İranın BMT-dəki səfiri və nümayəndəsinin müavini Qulamhüseyn Dehqani bazar ertəsi günü bu təşkilatın Baş Məclisinin iclasında Qoşulmama Hərəkatının nümayəndəsi kimi bildirib ki, bu təşkilatın insan haqları komitəsindəki insan haqları qətnamələri konkret məqsədlər ilə siyasi bir vasitəyə çevrilibdir. O, bu hərəkatın tərəfindən bu kimi rəftarları pisləyib və bu sahədə daha çox fikir mübadiləsinin aparılımasını istəyib.
O, İŞİD-in Beyrut, Bağdad və Parisdəki son terror hücumlarını kəskin tərzdə pisləyib və Livan, İraq və Fransa dövlətləri və xalqlarına başsağlığı verərək, bu hadisələrin qurbanlarının ailələrinin kədərlərinə şərik olub.
İranın daimi nümayəndəliyinin sədr müavini habelə İnsan Haqları Şurasında bir ölkənin qətnamələrinin seçimli surətdə yayılması, davam etməsi və siyasi məqsədlərlə bu qətnamələrdən bir vasitə kimi istifadə olunmasını son dərəcə nigaranedici adlandırıb və deyib: Qoşulmama Hərəkatı bu qənaətdədir ki, siyasi məqsədlər üçün insan haqlarından sui-istifadə olunması insan haqlarının cahanşümul prinsiplərinin zəifləməsinə səbəb olacaq.
O, əlavə edib: Bu hərəkat insan haqları məsələləri ilə seçimli rəftar edilməməsi və bu kimi rəftarların qarşısının alınması üçün beynəlxalq səyin göstərilməsini istəyir.
Dehqani əlavə edib: Qoşulmama Hərəkatı bütün üzv ölkələrdən istəyir ki, BMT-nin İnsan Haqları Komissiyasının etibarsızlığına səbəb olan insan haqlarından siyasi və seçimli sui-istifadənin qarşısını almaq məqsədilə bu sahədə daha artıq həmkarlıq edib, fikir mübadiləsi aparsınlar.


  • Yazılıb
  • da (də) 2015 Nov 17
  • Göndərən مدير سايت Aran News