Qərb ağlına belə gətirmirdi ki, Ukrayna böhranı, qərb və Avropa Birliyinin təzyiqlərinin artdığı bir durumda Rusiya Suriyada hərbi əməliyyatlara başlaya bilər.
Arannews- Rusiyanın Suriyada hərbi iştirakı və hərbi əməliyyatlar həyata keçirməsi, Amerikanı şoka saldı. Qərb ağlına belə gətirmirdi ki, Ukrayna böhranı, qərb və Avropa Birliyinin təzyiqlərinin artdığı bir durumda Rusiya Suriyada hərbi əməliyyatlara başlaya bilər. Ona görə də həddən artıq şoka düşdülər.
Suriya səmasında rusların həva manevrləri, neçə dəfə Türkiyənin hava məkanının pozulmasından sonra Rusiya və Amerika hava qüvvələrinin bir-birlərinə toxunmaması və mümkün qarşıdurmanın qarşısının alınması üçün bu iki ölkə arasında hərbi uyğunluq məsələsi gücləndi. Ona görə də Moskva və Vaşinqton arasında bir-birlərinə kömək etmək məqsədilə məlumatın ötürülməsi barədə əməkdaşlıq razılaşması imzalandı. Diqqət etmək lazımdır ki, iki tərəf arasında bir-birlərinə ötürdükləri məlumatlar Rusiya, yaxud Amerika tərəfindən hədəf olacaq məkanların məlumatı olmayacaq. Çünki iki ölkə nümayəndələri arasında məlumat mübadilə olsa, hədəf seçiləcək yerə hücum olmazdan qabaq düşmənə məlumat sızdırıla bilər və bununla da terrorçular nəzərdə tutulmuş yerdən uzaqlaşa bilər.
Ona görə də bu razılaşmanın əsas mövzusu məkan yaradılması, uçuş ərazisi və qırıcıların yolları haqqında verilən məlumatlardır. Razılaşmada ikinci əsas mövzu Moskvanın "Azad Suriya Ordusu" qüvvələrinə hücum etməyəcəyidir.
Belə nəzərə gəlir ki, Rusiya hazırkı durumda "Azad Suriya Ordusu" barədə yumşaqlıq göstərmişdir. Çünki "Azad Suriya Ordusu" Suriyada müxaliflərinin ən böyük koalisiyası hesab olunur və bu koalisiya qərb və Türkiyə kimi region ölkələri tərəfindən dəstəklənir. Sözü gedən koalisiya Suriyanın gələcəyində, hətta gələcəkdə təşkil olunacaq müzakirələrdə təsirli rol oynayacaq. Rusiya da Suriya məsələsinin siyasi həllinə çalışır.
Belə bir durumda, Rusiyanın öz əlaqələrini Suriyanın milli müxalifləri koalisiyası ilə qoruya bilməsinə ehtiyacı vardır. Ona görə də bildirdi ki, əgər "Azad Suriya Ordusu" terrorçu qruplarla mübarizəyə qalxsalar, biz onları dəstəkləyərik. Belə nəzərə gəlir ki, Rusiya, Azad Suriya Ordusu və milli koalisiyanın hədəfləri bir-birindən fərqlidir və onların bir-birləri ilə əməkdaşlıq etmələri gümanı çox zəifdir. Hətta əgər əməkdaşlığı dilə gətirsələr də faktiki olaraq əməkdaşlıq etmələri mövzusu çox zəif görünür.
Bu arada İranın rolunu da nəzərə almaq lazımdır. İran və Rusiya, Suriya məsələsində, hətta hərbi əməliyyatlarda bir-birləri ilə əməkdaşlıq edirlər. Lakin bu əməkdaşlığın mənası hər iki ölkənin siyasətinin eyni ölçü və hədəfdə olması mənasına deyil. İki ölkənin Suriya məsələsində müxtəlif məqsədlərinin olması, qarşıda dayanan müzakirələrdə fərqli və bir-birinə yaxın olmayan mövzuları izləmələri mümkündür.
Unutmamalıyıq ki, Suriyada böhran başladığı ilk vaxtlardan indiyə qədər Rusiya qarşıdurma tərəfləri ilə öz münasibətlərini qorumağa çalışıb. Halbuki, İran bütün cəhdini Suriya hökumətininə bağlayıb. Ona görə də bu nəzər fərqliliyi İran və Rusiya arasında mövcuddur. Hal-hazırda Rusiya öz əlaqələrini Suriya müxalifləri ilə, hətta kürdlərlə qorumuşdur və Moskvada müxaliflərin iştirakı ilə iki iclasın keçirilməsinin şahidiyik.
Rusiya hər iki tərəfi öz yanında qoruyub saxlayır ki, vasitəçilik söhbəti yaranarsa, bu kataqoriyadan istifadə edərək Suriyanın gələcəyində öz rolunu ifa etsin və özünü beynəlxalq bir çöhrə kimi göstərə bilsin. Burada maraq fərqliliyi üzündən İran və Rusiya arasında ixtilaflar yarana bilər.
Çünki Suriyann daxilində İran və Rusiyanın ortaq məqsədi yoxdur. İranın əsas hədəfi Suriya hökumətini və müqaviməti qorumaqdır. Halbuki, Suriya Yaxın Şərqin qərbində və Aralıq dənizində Rusiyanın ən nüfuzlu bazası sayılır və ruslar bu bazanı qorumağa, onu möhkəmləndirməyə və gücləndirməyə çalışır.
Ona görə də deməliyik ki, Suriya məsələsində İran və Rusiyanın maraqları bir-birindən fərqlidir. Bu mövzu gələcəkdə hər iki tərəfin mövqelərinə təsir qoya bilər.
Şüeyb Bəhmən