Bu konfransda İran iş adamları neft və qaz, neft-kimya, tikinti sənayesi, su və elektrik və avtomobilqayırma sahələrində azəri iş adamları ilə...
Arannews- İran və Azərbaycan Respublikasının iş adamları və ticarət şirkətləri müdirlərindən iki yüz nəfərin iştirakı ilə dünən axşam qarşılıqlı ticarət mübadilələri həcminin artırılması hədəfi ilə Bakıda bir konfrans keçirilib.
Bu konfransda İran iş adamları neft və qaz, neft-kimya, tikinti sənayesi, su və elektrik və avtomobilqayırma sahələrində azəri iş adamları ilə birbaşa surətdə müzakirə aparıblar.
İranın Bakıdakı səfiri Möhsün Pak Ayin bu konfransda iki tərəf əlaqələrinin münasib şəraitinə görə, bu konfransın keçirilməsi zamanının münasib olmasına toxunaraq, deyib: İki tərəfin prezidentlərinin siyasi iradəsi münasibətlərin inkişafına söykənib və ümidvarıq ki, iki ölkənin iş adamları bu fürsətdən istifadə edəcəklər.
Azərbaycan Respublikası İxracat və İnvestisiyasnın Genişləndirilməsi Fondunun sədri Rüfət Məmmədov da bu konfransda İranı Azərbaycan Respublikasının ən mühüm iqtisadi şəriki adlandırıb və belə deyib: Hazırda 458 iranlı şirkət Azərbaycan Respublikasında fəaliyyət göstərir və Azərbaycan Respublikasındakı iranlı investorlar tərəfindən təqribən 760 milyon dollar sərmayə yatırılıbdır.
Belə bir halda, bu gündən cümə axşamı gününədək Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində neft və qaz, neft-kimya, tikinti, enerji, su və elektrik, texniki və mühəndislik xidmətləri mehvəri ilə "İran layihə" adı altında ixtisas sərgisi keçirilir.
İran ilə Azərbaycan Respublikası arasındakı ticarət mübadilələri həcmi hazırda ildə təqribən 500 milyon dollardır ki, bu miqdar bir neçə qat arta bilər.