Tarix : 2015 Nov 18
Kod 46882

İran Islam Respublikasi Azərbaycan, Rusiya və Türkmənistan ilə qaz mübadiləsinə dair danışıqlar aparacaq

Iranın neft naziri: "Biz ikitərəfli görüşlərdə Rusiya, Azərbaycan və Türkmənistan ilə qaz mübadiləsinə dair danışıqlar aparacağıq”
Arannews- İran noyabrın 23-də keçiriləcək Qaz İxrac edən Ölkələrin Forumu (GECF, Gas Exporting Countries Forum) çərçivəsində Azərbaycan, Rusiya və Türkmənistan ilə qaz mübadiləsinə dair danışıqlar aparacaq.
bu barədə İranın neft naziri Bican Zanqane bildirib.
 “Baş tutacaq konfransda qaz layihələri ilə bağlı danışıqlar aparılmayacaq, çünki GECF üzvləri qaz bazarında öz aralarında rəqabət aparırlar. Biz ikitərəfli görüşlərdə Rusiya, Azərbaycan və Türkmənistan ilə qaz mübadiləsinə dair danışıqlar aparacağıq”, - Zanqane söyləyib.
Qaz İxrac edən Ölkələrin Forumu dünyada təbii qazın ixracı sahəsində lider ölkələri birləşdirir. GECF-in əsası 2001-ci ildə Tehranda qoyulub və rəsmi olaraq 23 dekabr 2008-ci ildə Moskvada iştirakçı dövlətlərin energetika nazirlərinin forumun nizamnaməsini qəbul edib hökumətlərarası saziş imzalamasıyla təsis edilib.


  • Yazılıb
  • da (də) 2015 Nov 18
  • Göndərən مدير سايت Aran News