Tarix : 2015 Nov 18
Kod 46889

Azərbaycan Rusiya təyyarəsini öz hava məkanına buraxmadı

Azərbaycan 2Noyabrda Rusiyanın Hərbi kosmik qüvvələrinin An-124 “Ruslan” ağır nəqliyyat təyyarəsinə öz hava məkanına daxil olmağı qadağan edib.
AranNews- 2Noyabrın 15-də Rusiyanın Hərbi kosmik qüvvələrinin An-124 “Ruslan” ağır nəqliyyat təyyarəsi, Ermənistanın Gümrü aerodromundan havaya qalxıb, çox güman ki, o, Rusiyaya uçurdu. Amma təyyarə havaya qalxdıqdan bir müddət sonra geri dönməli olub, belə ki, Azərbaycan təyyarəyə öz hava məkanına daxil olmağı qadağan edib.
bu barədə məlumat aviasiya bloqu mil_avia-da yerləşdirilib.
Bloqun dərc etdiyi materiala təyyarənin pilotunun Gümrü aeroportunun dispetçeri ilə radio-danışığının yazısı da əlavə edilib.
Pilot “Azərbaycanın hərbi sektoru zonaya daxil olmağı qadağan etdiyi üçün” havaya qalxdığı aerodroma qayıtmaq məcburiyyətində olduğunu söyləyib.
Xatırladaq ki, Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazası yerləşir, onun maddi-texniki təminatı əsasən hava yolu ilə təmin edilir.
  • Yazılıb
  • da (də) 2015 Nov 18
  • Göndərən مدير سايت Aran News