Tarix : 2015 Nov 18
Kod 46890

Azərbaycan prezidenti: İslamı terrorizmlə bağlamaq qəbuledilməzdir

İlham Əliyev, Fransada UNESCO Konfransının Liderlər Forumunda xatirladib ki, dini tolerantlığa yanaşmadakı fərqliklər onu göstərir ki terrorun, dini milliyyəti yoxdur. Buna görə də İslamı terrorizmlə bağlamaq qəbuledilməzdir.
AranNews- dövlət başçısı əvvəlcə noyabrın 13-də Parisdə baş vermiş dəhşətli terror hadisəsi ilə bağlı Azərbaycan xalqı adından Fransa xalqına başsağlığı verib. Prezident İlham Əliyev keçmişdə çoxsaylı terror hadisələrindən əziyyət çəkən Azərbaycanın terrorizmə qarşı mübarizədəki rolundan danışıb.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan müstəqilliyinin ilk illərində erməni işğalının qurbanı olub: “Bu gün Avropanın qarşılaşdığı miqrasiya böhranı ilə bağlı xəbərlərə baxanda biz anlayırıq ki, bu insanlar evlərini tərk etmək məcburiyyətində qalıblar. Amma eyni zamanda 1991-ci, 1992-ci illəri xatırlayırıq. Həmin vaxt Azərbaycan 1 milyon insanı yerləşdirməli olmuşdu. Bu dünyada ən böyük qaçqın və məcburi köçkün axınlarından biri idi.
Dövlət başçısı deyib ki, Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Prezident İlham Əliyev Ermənistanın nəinki beynəlxalq hüquq normalarını, həm də tarixi ədaləti pozduğunu, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamələrə məhəl qoymadığını vurğuladı. “Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir”, - deyən Prezident İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpa ediləcəyinə əminliyini bildirib.
Dövlət başçısı Azərbaycan torpaqlarının işğalı nəticəsində tarixi, dini, mədəni abidələrin dağıdıldığını vurğulayıb: “Siz Ermənistan silahlı qüvvələri tərəfindən kütləvi şəkildə dağıdılmış beş yüzdən çox tarixi və memarlıq abidələrinin şəkilləri ilə internet vasitəsi ilə tanış ola bilərsiniz. Siz Bakının mərkəzində Azərbaycan hökuməti tərəfindən qorunan erməni kilsəsini də görə bilərsiniz. Bu multikulturalizmə, dini tolerantlığa yanaşmadakı fərqlilikdir. Bu onu göstərir ki terrorun, dini milliyyəti yoxdur. Buna görə də İslamı terrorizmlə bağlamaq qəbuledilməzdir.”
  • Yazılıb
  • da (də) 2015 Nov 18
  • Göndərən مدير سايت Aran News