Sionist rejimin daxili təhlükəsizlik xidməti (ŞABAK) fələstinli mübarizlərin Qüds İntifazəsi çərçivəsindəki əməliyyatlarının misilsiz olduğunu bildirib.
AranNews- İsrailin 10-cu telekanalı bildirir ki, sionist rejimin daxili təhlükəsizlik xidməti Şabak bir bəyanat yayaraq, fələstinli mübarizlərin sionistlərə qarşı əməliyyatlarının misilsiz olduğunu etiraf edərək, bu əməliyyatların ötən 9 ildə görünməmiş bir həddə olduğunu elan edib.
Bu bəyanatda deyilir: ötən okytabr ayında fələstinli mübarizlər tərəfindən 600 müqavimət əməliyyatı həyata keçirilib. Bu əməliyyatlar nəticəsində 11 İsrail hərbçisi və sionist qəsəbə sakini ölüb, yüzlərlə nəfər isə yaralanıb.
Bu müddət ərzində 90 fələstinli də sionist rejim hərbçiləri tərəfindən şəhid edilib.