Yəmənin insan haqları komitəsi Ərəbistan qırıcılarının bu ölkəyə olan təcavüzləri nəticəsində indiyə kimi 7400 nəfərin şəhid olduğunu bildirib.
AranNews- Yəmənin Səba informasiya agentliyinin verdiyi məlumata görə, Yəmənin İnsan Haqları Komitəsi bir bəyanat yayaraq, Ərəbistanın ötən 8 ayda Yəmənə olan hücumlarında 7400 nəfərin həlak olduğunu, 16 min nəfərin isə yaralandığını bildirib.
Yəmənin insan haqları komitəsi Ərəbistanın hücumları nəticəsində ölən və yaralananların əsasən qadınlar və uşaqlar olduğunu bildirərək, BMT-nin Yəməndə baş verməkdə olan insan faciəsi ilə bağlı dərhal ciddi tədbirlər görməli olduğunu bildirib.
Yəmən Press informasiya portalı da 2 silahlı şəxsin Cənub Müqavimətinin rəhbər üzvlərindən olan Əkrəm Şənəb-ə doğru atəş açaraq, onu qətlə yetirdiklərini bildirib.
Ədəndə qətlə yetirilən Əkrəm Şənəb Cənub Müqavimətinin liderlərindən və Mənsurə məntəqəsinin tabeliyində olan Nəcva Məkava məntəqəsi sakini idi.
Ali-Səud ailəsinin qaranlıq simasını ifşa etməklə məşğul olan Ərəbistanlı Twitter fəalı "Müctəhid" də bir müddət öncə bildirmişdi ki, Ərəbistan Ədəndə vəziyyətin gərgin olmasına rəğmən, Yəmənin sabiq və fərari prezidenti Əbdürrəbbə Mənsur Hadiyə, Ədənə qayıtması və simvolik şəkildə bu şəhəri paytaxt elan edərək, sürgündə dövlət qurması üçün təzyiqlər göstərir.