Tarix : 2015 Nov 19
Kod 46897

erməni əsgər geri qaytarıldı

təhvilvermə Azərbaycanın Ağdam rayonunun Baş Qərvənd kəndi yaxınlıgında baş verib.
Arannews- Təmas xəttini 22 mart 2015-ci il tarixdə keçən erməni əsgər, 1991-ci il təvəllüdlü Qriqoryan Andranik Araratoviç bu gün, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında keçirilən əməliyyat zamanı geri qaytarılıb.
BQXK-dan verilən məlumata görə, təhvilvermə Azərbaycanın Ağdam rayonunun Baş Qərvənd kəndi yaxınlıgında baş verib.
BQXK, saxlandığı dövr ərzində bu şəxsə mütəmadi olaraq baş çəkərək onun saxlanma şəraitini və onunla necə davranıldığını qiymətləndirib və ailəsi ilə əlaqə yaradılmasında yardımçı olub.
Azərbaycan tərəfinin qərarından sonra BQXK, neytral vasitəçi qismində və öz mandatına uyğun olaraq və bütün tərəflərlə əməkdaşlıq şəraitində bu qaytarılmanın həyata keçirilməsinə yardımçı olub. Əməliyyatdan əvvəl BQXK-nın nümayəndələri bu hərbi əsirə baş çəkərkən o, geri dönmək arzusunu bildirib.
Cenevrə Konvensiyalarına əsaslanan mandatına uyğun olaraq BQXK, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, 1992-ci ildən etibarən bu regionda fəaliyyət göstərir.

  • Yazılıb
  • da (də) 2015 Nov 19
  • Göndərən مدير سايت Aran News