Tarix : 2015 Nov 19
Kod 46898

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli sülh yolu ilə alınmir"

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli sülh yolu ilə alınmır. Əvəzində Dağlıq Qarabağda müharibə alovunun püskürəcəyi riski artır”.
Arannews- "Qərb Xəzər enerjisinin dünya bazarlarına ixracı üçün Cənubi Qafqazda strateji maraqlara malikdir. Lakin tək səbəb neft, yaxud qazın alternativ mənbələri yox, eyni zamanda Əfqanıstandakı NATO qüvvələrinə loqistik dəstək üçün də bu region vacibdir".
ABŞ-ın “The National İnterest” nəşri Azərbaycanın, ümumilikdə Cənubi Qafqazın əhəmiyyəti, həmçinin Dağlıq Qarabağ münaqişəsini həllinin vacibliyi haqda məqalə yayımlayıb.
Nəşr yazır ki, Qərb siyasi diqqətini daha çox Cənubi Qafqaza yönəltsin: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli sülh yolu ilə alınmır. Əvəzində Dağlıq Qarabağda müharibə alovunun püskürəcəyi riski artır”.
Məqalədə qeyd olunur ki, hazırda İŞİD təhlükəsinin olduğu bir vaxtda Cənubi Qafqaz regionunu təhlükəyə atacaq müharibə sərfəli deyil: “Noyabrın 13-də Paris terroru Fransanı məhv etdi. ABŞ, Fransa və digər beynəlxalq güclər İŞİD-lə müharibəni genişləndirməyi planlaşdırırlar. Bu qarışıq situasiyada hər an partlaya biləcək Qarabağ müharibəsi mövcud olduğu regionu məhv edə bilər. Buna görə də İŞİD-lə döyüşü axsatmamaq üçün Qarabağ münaqişəsi təcili həll olunmalıdır, yaxud ən azından müharibə riskləri azaldılmalıdır”.


  • Yazılıb
  • da (də) 2015 Nov 19
  • Göndərən مدير سايت Aran News