İmam Musa Kazim (ə) hicri-qəməri 128-ci il, səfər ayının yeddisi Məkkə və Mədinə arasında yerləşən əl-Əbva bölgəsində düyaya gəlib.
Arannews- bu gün hicri-qəməri tarixi ilə səfər ayının yeddisi İmam Musa Kazimin (ə) dünyaya göz açan günüdür.
İmam hicrətin 128-ci ilində Məkkə və Mədinə arasında yerləşən əl-Əbva bölgəsində düyaya gəlib. İmam həyatı boyu çox məşəqqətlər çəkib və Əbbasi xəlifələri tərəfindən ciddi təhdid hesab edilərək uzun illər zindanda həbs həyatı yaşayıb. İmam Musa Kazim bütün bu məşəqqətlərə baxmayaraq, səbirli olduğundan ona “Kazim” yəni qəzəbini boğan və cilovlayan ləqəbini verdilər.
Bu gün İmamın qəbri İraqda Kazimeyn şəhərində yerləşir, onun pak qəbri yüz milyonlarla müsəlmanın ziyarətgahına çevrilib.
Bu mübarək gün münasibətilə başda Həzrət Mehdi (ə.f) olmaqla, bütün müsəlmanları və bütün ədalətsevər insanları təbrik edirik!