Tarix : 2015 Nov 20
Kod 46902

Rusiya SSRİ-nin tərkibində olan respublikalarda öz qüvvəsini bərpa etmək ardıncadır

Rusiyanın sabiq SSRİ respublikaları, o cümlədən Qafqazdakı nüfuzuna son qoyulmadığı zamana qədər Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının xeyrinə həlli qeyri-mümkündür.
Arannews- Azərbaycan Respublikasında hərbi ekspert Sülhəddin Əkbər Rusiyanı sabiq SSRİ-nin tərkibində olan respublikalarda yaranmış münaqişələrin sona çatmamasında müqəssir adlandırıb.
Sülhəddin Əkbər Qarabağ münaqişəsi, həmçinin Moldova, Ukrayna və Gürcüstandakı oxşar münaqişələrə toxunub və deyib: Rusiya bu münaqişələrin davam etməsindən istifadə edərək bu respublikalarda nüfuz etmək və öz qüvvəsini bərpa etmək ardıncadır. 
Hərbi məsələlər üzrə ekspert Rusiyanın hal-hazırda bu münaqişələrdən istifadə edərək, həm Azərbaycan, həm də Ermənistanda nüfuz etdiyini bildirərək əlavə edib: Rusiyanın sabiq SSRİ respublikaları, o cümlədən Qafqazdakı nüfuzuna son qoyulmadığı zamana qədər Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının xeyrinə həlli qeyri-mümkündür.


  • Yazılıb
  • da (də) 2015 Nov 20
  • Göndərən مدير سايت Aran News