İran-Azərbaycan əlaqələrinin ötən iki ildə son dərəcə yaxşı inkişafa malik olub ki, bu da hər iki tərəfin maraqlarını təmin edir.
Arannews- Azərbaycan baş nazirinin müavini İranın Gilan vilayəti valisi ilə görüşüb.
Əli Əhmədov Gilan vilayətinin valisi ilə görüşdə nüvə müzakirələrinin sonda İran İslam Respublikasının xeyrinə həll olunacağına ümidvarlıq edib.
O, iki ölkə başçıları arasında yaxşı münasibətlərin olmasına işarə edərək, deyib: Bu münasibətlər iki ölkə əlaqələrinin daha artıq inkişaf etməsində böyük təsirə malikdir.
Əli Əhmədov həmçinin, iki ölkə arasında yol və nəqliyyat habelə, sənaye sahəsində birgə infrastruktur layihələrin icrasını himayə edərək, deyib: Vizanın verilməsi qaydalarının sadələşdirilməsi məsələsini araşdırırıq və biz Astara gömrüyünün 24 saatlıq iş rejiminə keçməsini dəstəkləyirik.
Gİlan valisi Məhəmməd Əli Nəcəfi də bu görüşdə İran-Azərbaycan əlaqələrinin qədim köklərə malik olduğunu vurğulayıb və deyib: Bu əlaqələr ötən iki ildə son dərəcə yaxşı inkişafa malik olub ki, bu da hər iki tərəfin maraqlarını təmin edir.