Tarix : 2015 Nov 20
Kod 46909

Fransadaki TERROR, Peşəkarcasına pərdələnmiş bir oyun, yoxsa...

Maraqlıdır ki, bu hadisə “G20”-nin Samiti və Fransanın Yaxın Şərqdə baş verən hadisələrdə iştirakı haqqında gözlənilən müzakirələr ərəfəsində törədildi.
AranNews- Terrorizm və terrorun sistematik tədbiqinə əsaslanmış bir siyasətdir. Terrorizm terminin hüquqi qüvvəsinə baxmayaraq, onun müəyyənləşdirilməsinin sərhədləri indiyədək dəqiq təsdiq edilməyib. Terror sözünün özü zülm vermək, qorxutmaq mənasını daşıyır.
Baxmayaraq ki, terrorizm kökləri ilə hələ bizim eradan əvvələ (hesab olunur ki, Makedoniyalı İskəndrin atası terror aktı nəticəsində qətlə yetirilib) gedib çıxır , “Beynəlxalq terrorizm” termini isə çox gəncdir. O, 1960-cı illərin sonlarından formalaşmağa başlayıb. Bu da təsadüfi deyil. Bu günün özundə terrorizm siyasəti “3-cü əl vasitəsi ilə” formulası üzrə tətbiq edilir. Çirkin planların arxasında kimin durduğunu gizlətmək və ya heç olmasa onun kimliyini heç kəsin dilinə belə gətirə bilməməsi üçün törədilən hadisələrə terror donu geyindirilir. Təəccüblü deyilk ki, beynəlxalq terrorizmin “çiçəklənməsi” dövrü “Karib böhranı”ndan dərhal sonraya təsadüf edir. Məhz “Karib böhranı” dünya liderlərinə aydın göstərdi ki, açıq qarşıdurma çox təhlükəlidir. Çünki “Karib böhranı” az qala 3-cü Dünya müharibəsinin başlaması ilə yükunlaşacaqdı. Bundan sonra terror qruplaşmaları yağışdan sonra göbələk kimi “heç hardan” peyda olmağa başladı.
Son 15-20 ildə  sadə vətəndaşlarda formalaşdırılan “terror İslamın bəhrəsidir” fikri ilə reallıq kəskin şəkildə fərqlənir. Ən məhşur terror qruplaşmaları Fransa-İspan “ETA”sı, İspan “G.R.A.P.A”sı, İtalyan “Antiinmeperialistik ərazi yüvaları”, Britaniyanın “Olsterin azadlığı ugrunda vüruşanlar”dan tutmuş  Azərbaycana  yaxşı tanış olan  “Ermənistanın inqlab cəbhəsi Daşnaktsutun”, “Ermənistanın qizli azadlıq ordusu”,  “ASALA”, “QEQARON” və digər çoxsaylı terror qruplaşmaları onilliklər boyu ABŞ və Avropanı qorxu içində saxlayıb və indi də fəaliyyətini davam etdirir.Və onların hamısı İslamdan çox uzaqdılar.

“İslam terroru” nə deməkdir?
“İslam terroru” anlayışı 2001-ci ilin  11 sentyabrında Əl-Qaidə qruplaşması ABŞ-da təyyarələri qaçıraraq bir sıra hədəflərə, o cümlədən “Əkiz göydələnlər”ə çırpandan sonra populyarlaşmağa başladı. Vaxt keçdikcə heç kim yada salmır ki, Əl-Qaidə qruplaşması hələ Sovet İttifaqının mövcudluğu dövrundə yaradılmışdı və onun görünməyən telləri birbaşa ABŞ-a qədər uzanırdı, necə ki, PKK o zaman Vaşinqtonun ən strateji müttəfiqlərindən biri olan Türkiyənin  əsəbləri ilə oynamaq üçün Moskvanın dəstəyi ilə yaradılmışdı. Əgər əvvələr bu və digər qrulaşmalar daha çox diversiyalar üçün nəzərdə tutulurdusa, iki qütblu dünya siyasəti dağılandan sonra məhz onlar iri miqyaslı terror aktları törətməklə ön plana çıxmağa başladılar. Maraqlısı isə odur ki, hər bir iri miqyaslı terror aktından sonra dünya güclüləri ciddi səbəb və güclü siyasi iradə tələb edən  addımlar atırlar. Sanki nəisə etmək üçün bir bəhanə lazımmış kimi. Buna xeyli misal gətirmək olar: Əfqanıstana antiterror koalisiyasının yeridülməsi, Fələstinə daimi artan təzyiqlər, İrana qarşı növbəti sanksiya paketinin tədbiqi, ABŞ-ın işğalçı planlarında Avropanın dəstəyinin qazanılması, istənilən iki dövlət arasında münasibətlərin gərginləşdirilməsi və sair.

Parisi kim “partladıb”?
Bu gün dillərdən düşməyən, ən populyar terror təşkilatı olan İŞİD Parisdə törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Maraqlıdır ki, bu hadisə “G20”-nin Samiti və Fransanın Yaxın Şərqdə baş verən hadisələrdə iştirakı haqqında gözlənilən müzakirələr ərəfəsində törədildi. Nəticədə Fransa prezidenti Fransua Oland samitdə iştirak etməkdən imtina etdi və İŞİD-in mövqelərini ikiqat güclə bombalamağa başladı.
Politoloq Elman Nəsirov hesab edir ki, hadisələr görsəndiyi qədər birmənalı deyil: “2014-cü ilin sentyabrında ABŞ İŞİD-ə qarşı yeni koalisiya formalaşdırdı və bura 60-dan çox ölkə daxil oldu. Bir tərəfdən koalisiyanın yaradılmasından bir il keçməsinə baxmayaraq İŞİD-lə mübarizədə qənaətbəxş nəticə əldə etmək mümkün olmayıb, digər tərəfdən isə İŞİD Bəşər Əsəd rejiminə qarşı aparılan mübarizədə faydalı iş əmsalını xeyli yüksəldir. Başqa sözlə, geostrateji maraqlar İŞİD-lə lazımi səviyyədə mübarizə aparmağa maneə törədir. Rusiya isə İŞİD-lə mübarizədə “Əsədə xarici dəstək çatışmır” deyib cari ilin sentyabrın 30-dan qruplaşmanın mövqlərini bombardıman etməyə başladı”.
Maraqlıdır ki, İŞİD koalisiya quvvələri İraqa daxil olandan sonra, 2003-cü ildə yaranmağa başlayıb.  Özündə çoxlu sayda kiçik qruplaşmaları birləşdirəndən sonra formalaşan İŞİD-in ilk lideri Əbu Ömər Əl-Bağdadi olub. 2013-cü ildə isə bəyan edildi ki, İraqın və Suriyanın işğal edilmiş ərazilərində “İslam dövləti” yaradılıb. 2014-cü ilin fevralında Əl-Qaidənin komandanlığı tez-tələsik bəyan etdi ki, İŞİD-lə heç bir əlaqəsi yoxdur və onun fəaliyyətinə görə heç bir məsuliyyət daşımır.
Politoloq Elman Nəsirov hesab edir ki, Parisdə törədilən terror aktının hansı nəticələr verəcəyi sirr deyil. İŞİD-ə qarşı yeni və daha güclü koalisiya formalaşdırılacaq, qruplaşmaya qarşı olan təzyiqlər artacaq, istisna edilmir ki, Türkiyə ərazsindən yerüstü hərbi əmməliyyatlar da başlaya bilər. Yeri gəlmişkən bu əməliyyatlar 2 milyondan artıq qaçqının problemini, onların təmizlənmiş ərazilərə qaytarılması yolu ilə  həll də edə bilər.  Bir sözlə İŞİD Parisdə terror aktı törətməklə özünə çox ciddi problemlər yaradıb.
Təəccüblüdür, deyəsən İŞİD-in rəhbərliyində radikal insanlar doludur, ağıldan kəm yox?! Başqa cür Fransada terror aktının törədilməsini nə ilə əsaslandırmaq olar? Məntiqi cəhətdən bu hadisənin indiki halda Rusiyada törədilməsi daha düzgün olardı. Fransanın və bütün Avropanın qəzəbini öz üzərinə yönəltmək nə qədər  məntiqlidir?
Vaşinqtonun bu vəziyyətdə özünü aparması da təəccüb döğurmaya biməz, onlar  özlərini heç də “kavboy” kimi aparmadılar. ABŞ-ın müdafiə naziri Fransalı həmkarına zəng edərək onların yanında olduqlarını və İŞİD-ə qarşı birgə mübarizə aparacaqlarını deməklə kifayətləndi.  ABŞ nazirlərindən kimsə, mən heç Obamanı demirəm, kameralar qarşısına çıxıb İŞİD-ə niya barmaq silkələmədi?
ABŞ-ın məhz bu cür daxili biganəliyi va sakitcə durması narahatçılıq doğurur. Və güman etmək olar ki, bu gün baş verənlər, nəticəsi hamını təəccübləndirəcək peşəkarcasına pərdələnmiş bir  oyundur.


  • Yazılıb
  • da (də) 2015 Nov 20
  • Göndərən مدير سايت Aran News