Tarix : 2015 Nov 21
Kod 46911

Rusiya prezidenti İran Islam Respublikasina səfərə edəcək

Rusiya prezidenti İrana səfəri zamanı İranın Ali lideri Həzrət Ayətullah Xamenei və İranlı həmkarı Həsən Ruhani ilə görüşəcək.
Arannews- Rusiya prezidenti Vladimir Putin İrana rəsmi səfərə edəcək.
Noyabrını 23-də baş tutacaq rəsmi səfər barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov açıqlama verib. 
O, bildirib ki, Rusiya prezidenti Vladimir Putin İrana səfəri zamanı İranın Ali lideri Həzrət Ayətullah  Xamenei və İranlı həmkarı Həsən Ruhani ilə görüşəcək.
Rusiya prezidenti İranda ticarət, nüvə, enerji daşıyıcıları və hərbi əməkdaşlıq barədə əhəmiyyətli müzakirələr aparacaq. 
Rusiya prezidenitinin İrana səfəri zamanı bir neçə mühüm razılaşmaların imzalancağı da gözlənilir.


  • Yazılıb
  • da (də) 2015 Nov 21
  • Göndərən مدير سايت Aran News