Tarix : 2015 Nov 21
Kod 46912

"Iran Islam Respublikasi regionda sabitlik və təhlükəsizlik ardıncadır"

Möhsün Pakayin: " İran prinsipial olaraq terrorizm və ifratçılıq ilə müxalifdir və regionda sabitlik və təhlükəsizlik ardıncadır."
İran İslam Respublikasının Azərbaycandakı səfiri deyib: Təkfirçilər İslam dini ilə bağlı qorxu yaratmaq üçün Qərbin əlində bir vasitədir və yalnız region ölkələri arasında ciddi əməkdaşlıq yolu ilə İŞİD və oxşar terror qrupları ilə mübarizə aparmaq olar.
Arannews-  Möhsün Pakayin Azərbaycan mediaları ilə müsahibədə İraqda terrorizm ilə mübarizəyə təkid edib, Suriyada İŞİD-ə dəstək verən ölkələri tənqid edərək, deyib: Bu düşüncə təkfirçilərin marağına xidmət edir və təəssüflər olsun ki, Qərbin terrorizmi himayə etməsi danılmazdır. 
Pakayin əlavə edib: İran prinsipial olaraq terrorizm və ifratçılıq ilə müxalifdir və regionda sabitlik və təhlükəsizlik ardıncadır. 
İran səfiri əlavə edib: Terrorizm ilə mübarizədə vahid bir mövqeyin seçilməsi bu nəhs fenomenin köklərinin qurudulmasına kömək edə bilər.
Pakayin Paris olaylarına da işarə edib və deyib: Bu gün Avropa da terrorizm və ifratçılıq təhlükəsindən sığortalanmayıb və yalnız ciddi əməkdaşlıq yolu ilə İŞİD və oxşar qruplar ilə mübarizə aparmaq olar. 
İran səfiri təkfirçilərin rəftarlarını İslam prinsiplərindən kənar adlandırıb və deyib: Təkfirçilik hərəkətləri müxtəlif qrupların yaranmasına və İslam ümmətinin daxiliində fikir ayrılıqlarının formalaşmasına səbəb olub. Bu da Qərbin İslam Dünyasına nüfuz etməsinə zəmin yaradır.


  • Yazılıb
  • da (də) 2015 Nov 21
  • Göndərən مدير سايت Aran News