Aydın Mirzəzadə: "İki ölkə tranzit, turizm, elm və təhsil sahəsindəki əməkdaşlıqlarını gücləndirə bilərlər."
Arannews- Azərbaycan Milli Məclisinin üzvü dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə görə neft gəlirlərində müşahidə olunan ciddi azalmanı kompensasiya etmək məqsədi ilə İran və Azərbaycan arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinə təkid edib.
Aydın Mirzəzadə deyib: Dünya bazarında neftin qiymətinin aşağı düşməsi İran və Azərbaycan kimi neft ixrac edən ölkələr üçün müəyyən problemlər yaradıb. Buna görə də, neft ixrac edən ölkələr neftin ucuzlaşmasından yaranan büdcə çatışmazlığının yerini doldurmaq üçün digər sahələrdə bir-biriləri ilə əməkdaşlıq etməlidirlər.
Azərbaycan Respublikasinin Millət vəkili iki ölkə əlaqələrinin münasib səviyyədə olmasını habelə, əməkdaşlıq üçün bir çox zəminlərin mövcudluğunu qeyd edib və deyib: İki ölkə tranzit, turizm, elm və təhsil sahəsindəki əməkdaşlıqlarını gücləndirə bilərlər.