Tarix : 2015 Nov 21
Kod 46919

Ərəbistanın xüsusi təyinatlı qüvvələri Qətif şəhərinə hücum ediblər

Ərəbistanın xüsusi təyinatlı qüvvələri 10 ədəd zirehli avtomobil ilə...
Arannews- Ərəbistanın təhlükəsizlik qüvvələri Şərqiyyə vilayətində yerləşən Qətif şəhərinə hücum ediblər.
Ərəbistanın xüsusi təyinatlı qüvvələri 10 ədəd zirehli avtomobil ilə ərəbistanlı gənc Müfid Ümranı həbs etmək bəhanəsi ilə Qətif şəhərinin əl-Qədih məntəqəsinə basqın ediblər. Müfid Ümran 2011-ci ildə etiraz aksiyalarında iştirak etməkdə ittiham edilir. 
Ərəbistan hərbçiləri bu basqın zamanı Müfid Ümranı həbs edə bilməyiblər. Amma, bu gəncin evinə hücum edərək, atası və qardaşını döyərək, həbs ediblər. 
Ərəbistan rejimi bundan öncə də xalq etirazlarını yatırtmaq üçün tanınmış ruhani Şeyx Nəmər Baqir əl-Nəməri həbs və edama məhkum edib.


  • Yazılıb
  • da (də) 2015 Nov 21
  • Göndərən مدير سايت Aran News