Qaz İxrac edən Ölkələr Forumunun təsis edildiyi zamandan bəri bu ilk dəfədir ki, forumun 3 mühüm iclası yəni sammiti, enerji nazirlərinin adi iclası və enerji nazirlərinin fövqəladə iclası bir ölkədə keçirilir.
Arannews- Qaz İxrac edən Ölkələr Forumunun enerji nazirlərinin fövqəladə iclası forumun sammitinin iş proqramını hazırlamaq məqsədi ilə bu gün İranın neft naziri Bijən Namdar Zəngənənin sədrliyi ilə Tehranda işə başlayıb.
Həmçinin, bu gün günortadan sonra Qaz İxrac edən Ölkələr Forumunun enerji nazirlərinin adi iclası Nigeriyanın enerji naziri Emanuel İye Kaçikonun sədrliyi ilə keçiriləcək.
Qaz İxrac edən Ölkələr Forumunun təsis edildiyi zamandan bəri bu ilk dəfədir ki, forumun 3 mühüm iclası yəni sammiti, enerji nazirlərinin adi iclası və enerji nazirlərinin fövqəladə iclası bir ölkədə keçirilir.
Qaz İxrac edən Ölkələr Forumunun 3-cü sammiti bazar ertəsi günü İran prezidenti Həsən Ruhaninin sədrliyi ilə keçiriləcək.