Tarix : 2015 Nov 22
Kod 46922

Azərbaycan Respublikasinin Milli Məclisində Qarabağla bağlı müzakirələrin aparılması vacibdir

Fazil Mustafa: "Biz dəfələrlə Qarabağla bağlı məsələnin vacibliyini nəzərə alaraq Milli Məclisdə müzakirə aparılmasını istəmişik. Amma reaksiya verilməyib”.
Arannews- Uzun müddətdir Milli Məclisdə Qarabağ məsələsi müzakirə edilmir.
Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa deyib ki, bu, indi də mümkün deyil:
 “Praktika göstərir ki, nədənsə Milli Məclisdə Qarabağla bağlı müzakirələrin aparılmasını öz üzərinə götürmək istəmirlər. Hesab edirəm ki, ən azı qapalı iclaslarda müzakirələrin aparılması vacibdir.
Biz dəfələrlə Qarabağla bağlı məsələnin vacibliyini nəzərə alaraq Milli Məclisdə müzakirə aparılmasını istəmişik. Amma reaksiya verilməyib”.
Onun fikrincə, bunun əsas səbəbi problemə ancaq məmurların öhdəsində olan məsələ kimi yanaşılmasıdır:
 “Ümid edək ki, məsələ növbəti dəfə qaldırılanda reaksiya veriləcək”.

  • Yazılıb
  • da (də) 2015 Nov 22
  • Göndərən مدير سايت Aran News