Arannews- "Müsəlman Birliyi Hərəkatı"nın İdarə Heyətinin üzvü Elxan İskəndərov təcridxanadan sərbəst buraxılıb.
Bu haqda MBH məlumat verilib.
"Müsəlman Birliyi Hərəkatı"nın İdarə Heyətinin üzvü Elxan İskəndərovun evinə çox sayda inanclıların axın etdiyi önə çəkilir.
Qeyd edək ki, 15 gün əvvəl Sabunçu Polisinin saxladığı ilahiyyatçı Hacı Elçin Qasımova dəstək məqsədilə şöbənin qarşısında inanclılar toplanmış, bundan sonra polis ora gələn 9 inanclını saxlamış, məhkəmə İsgəndərov Elxan- 15 sutka, Rzayev Sahil- 15 sutka, Osmanov Teymur- 15 sutka, Bunyatov Elvin- 15 sutka
Əhmədov Lətif -10 sutka, Əhməd adlı inanclı - 10 sutka, Əliyev Anar - 30 sutka, Qasimov Elçin -30 sutka, Yəhyayev Agaəli - 30 sutka, Həbibov Sahib -30 sutka
Vəliyev Niftəli - 20 sutka həbs cəzası vermişdi.