Tarix : 2015 Nov 22
Kod 46924

BMM-də "Din və bu günün tələbi" mövzusunda konfrans təşkil edilib

Konfransda Mircəfər Əyyubov, Füzuli Şəfiyev, Vüsal Hətəmov və Bəhruz Camal çıxış etdilər.
Arannews-Beynəlxalq Mətbuat Mərkəzində "Din və bu günün tələbi" mövzusunda konfrans təşkil edilib. 
Konfrans Quran qarisi Hacı Rəşad Ataşovun iştirakçıları salamlaması ilə açıq elan edilib. Daha sonra Mircəfər Əyyubov, Füzuli Şəfiyev,  Vüsal Hətəmov və Bəhruz Camal çıxış etdi. İlk olaraq söz Təzə Pir məscidinin axundu ilahiyyatçı Mircəfər Əyyubova verildi. Mircəfər Əyyubov öz çıxışında İmam Hüseyn (ə) hərəkatının bəşəriyyət üçün daşıdığı əhəmiyyətdən bəhs edərək, Kərbəladakı itaətkarlıq və fədakarlıqdan söz açdı. O, hazırda özünü müsəlman kimi tanıdan terrorçuların İmam Hüseyn (ə) məktəbindən xəbərsiz və ona zidd insanlar olduğunu bildirdi. Sonra çıxış edən Füzuli Şəfiyev İŞİD kimi terrorçu qruplaşmaların qərbin verdiyi dəstək vasitəsilə insanlarda islama qarşı xof yaradılmasından danışdı. Aşuraya dair məlumatların günümüzə qədər gəlib çatmasına görə bəşəriyyətin Xanım Zeynəbə (s.ə) borclu olduğunu deyən Vüsal Hətəmov həqiqi islamın tanıdılmasında medianın üzərinə böyük məsuliyyətin düşdüyünü qeyd etdi. Bəhruz Camal şiələrin Azərbaycan əhalisinin 80 faizini təşkil etdiyini diqqətə çatdıraraq Azərbaycanda heç vaxt məzhəblərarası münaqişənin olmadığını qeyd edib. 
Konfrans qonaqların ilahiyyatçılara ünvanladığı sualları cavablandırdıqdan sonra öz işini başa vurdu.


  • Yazılıb
  • da (də) 2015 Nov 22
  • Göndərən مدير سايت Aran News