Azərbaycanın rəsmiləri və mediaları ölkədəki şiə ruhanilərinin və dini qruplarının fəaliyyətlərini İranla bağlayırlar. Halbuki, bu qruplar dəfələrlə özlərinin hansısa ölkəyə bağlı olmamalarına təkid ediblər.
AranNews- Qafqaz şiələri, əsasən də bu məntəqənin şiə ruhaniləri və fəalları son iki əsrdə, xüsusən də kommunistlərin hakimiyyəti dönəmində məntəqənin hakimləri tərəfindən həmişə təhdidlərlə və qeyri-insani rəftarlarla üzləşiblər. Sovetlər Birliyinin parçalanmasından və dünyanın ikinci şiə ölkəsi sayılan Azərbaycanın müstəqilliyindən sonra bu rəftarlar yeni metodlarla davam etdi. Onun son nümunələrindən biri də Yasamal rayon polis idarəsinin rəisinin tanınmış ruhani və Müsəlman Birliyi Hərəkatının sədri Hacı Tale Bağırova namaz qılmaq istədiyi halda fiziki zorakılıq göstərməsidir. Polis rəisinin ruhaniyə qarşı bu hərəkəti Azərbaycanda dini kəsimin geniş etirazına səbəb oldu. Bunun ardınca onlarla dindar sözü gedən hərəkətə etirazlarını bildirmək üçün Suraxanı rayon polis idarəsinin qarşısında toplaşdılar. Lakin polis qüvvələri onlara da hücum edərək, aksiyanı dağıtdı və bir çoxlarını həbs etdi. O cümlədən Müsəlman Hərəkatı Birliyinin sədr müavini Elçin Qasımov barəsində neçə aylıq həbs hökmü çıxarıldı.
Bu hadisələrlə eyni zamanda ölkədə seçkilərin xalq tərəfindən o qədər də qarşılanmaması, ölkənin siyasi və təhlükəsizlik aparatlarında gedən həbslərdən ümumi fikri yayındırmağa məmur olan bir sıra medialar şiə dini qruplarının xəbərlərini şişirtməyə və təhrif etməyə cəhd edərək, onların hərəkətlərini İran İslam Respublikasına və təqlid mərcələrinə bağlamağa çalışdılar.
Bu medialar (bir neçə internet saytı və Xəzər televiziya kanalı) son günlər ərzində qeyri-peşəkar və əsassız silsilə hərəkətlərində və bir neçə proqram, o cümlədən klip, dövlət rəsmiləri, deputat və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsul işçiləri ilə müsahibə çərçivəsində ölkədəki şiə qruplarının İran İslam Respublikasına bağlamağa və Ayətullah əl-üzma Nuri Həmədaninin Azərbaycana səfəri zamanı şiələrin onu səmimi və geniş qarşılamasını öz iddialarının təsdiq kimi göstərməyə cəhd etdilər.
Azərbaycanın rəsmiləri və mediaları ölkədəki şiə ruhanilərinin və dini qruplarının fəaliyyətlərini İranla bağlayırlar. Halbuki, bu qruplar dəfələrlə özlərinin hansısa ölkəyə bağlı olmamalarına təkid ediblər və eyni zamanda ölkədə milli və dini dəyərlərin zəruriliyini vurğulayıblar. İndi belə bir sual ortaya çıxır ki, nə üçün bu medialar Azərbaycanın Təhlükəsizlik Nazirliyinin ölkədəki vəhabi qruplarla hərtərəfli və xüsusi əlaqələrindən, onların bu nazirliyin əməkdaşlarına yardımlarından təhlükə hiss etmirdi? Nə üçün bu media və rəsmilər azəribaycanlı gənclərin İŞİD terrorçu qruplarına qoşulmalarını və öldürülmələrini tənqid etmirdi?
Bu arada diqqət edilməsi məsələ budur ki, hazırkı durumda Azərbaycan prezidentinin qərb və Amerikanın təzyiqləri, Ukrayna hadisələrinin nəticəsi olaraq, habelə, vəhabi qruplarının fəaliyyətindən təhlükə hiss etməsi və s. kimi müxtəlif səbəblərdən İranla münasibətləri gücləndirmək siyasəti tutmşdur. Ona görə də kimlərinsə qabaqkı səhv iddialarını təkrar etməsi və şiə fəallarını əsassız olaraq İranla bağlamaq istəməsi, yuxarıda deyilən xarici siyasətlə ziddir və Eldar Mahmudovun müxtəlif səbəblər, o cümldən vəhabi qrupları ilə əlaqəsinə görə həbsindən sonra onun bu nazirlikdə olan tərəfdarlarının şiələrin fəaliyyətini qabartmaq və onların hərəkətlərini İrana bağlamaqla vəhabilər üçün təhlükəsiz meydan yaratmağa, Azərbaycan dövlətinin İranla genişlənməkdə olan münasibətlərinə mane yaratmağa cəhd etmələri mümkündür.
Bunu nəzərə alaraq Azərbaycan dövlətinin qeyd olunan mövzuya müdaxilə edərək mümkün maneələri zərərsizləşdirməsi lazımdır.