İŞİD terrorçu qruplaşması yeni bir videoda, Mustafa Kamal Atatürk və Rəcəb Tayyib Ərdoğanı hədəfə alaraq Ədalət və İnkişaf partiyasını ağır sözlərlə təhqir edib.
AranNews- Türkiyə İŞİD-ə qarşı koalisiya qüvvələrinə daha açıq şəkildə dəstək verəndən və bəzi istiqamətlərdə hərbi əməliyyatların miqyasını genişləndirəndən sonra terrorçular Türkiyəyə qarşı hədələrin sayını artırıblar.
Video görüntülərdə Mustafa Kamal Atatürkün səsi ilə danışan şəxs bir sıra ölkəlri hədələyir.
Videoda Türkiyə prezidenti Rəcəb tayyib Ərdoğanın ABŞ prezidenti Barak Obama, Rusiya prezidenti Vladimir Putin, İranın keçmiş prezidenti Mahmud Əhmədinejad və katolik dünyasının ruhani lideri Papa Fransisklə çəkilən fotoları yer alıb.
Türkiyədən terrorçulara qoşulan, türkcə və kürtcə danışan İŞİD-çilərin də iştirakı ilə çəkildiyi məlum olan təxribat xarakterli videonun yüksək keyfiyyətlə çəkildiyi diqqət çəkib.
Yayımlanan videoda gülərüzlü silahlı və uşaqların görüntülənməsi İŞİD-ə qarşı simpatiya yaradılması üçün edildiyi bildirilir.