Ayətullah üzma Məkarim Şirazi Və Ayətullah üzma Seyid Əli Sistani, Ərbəin Gunu Və ərbəinlə əlaqədar keçirilən matəm mərasimləri Haqda Bəyanat Yayiblar.
AranNews, Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ayətullah Məkarim Şirazi Ərbəinlə bağlı tövsiyələrində buyurub: "Ziyarətin kənarında mədəni sahələrə də əhəmiyyət vermək lazımdır".
Ayətullahul Məkarim qeyd edib ki, İmam Hüseynin (ə) Ərbində baş verən ziyarəti nizam və intizamla baş verməlidir, izdiham təhlükəyə çevrilməməli, qadınlar və uşaqları üçün xüsusi yerlər nəzərdə tutulmalıdır.
Mərcə - təqlid Ərbəin ərəfəsində ziyarətçilərə xidmətlərin göstərilməsi ilə bağlı tövsiyələrində deyib: "İmam Hüseynin (ə) ziyarətçilərinə xidmət göstərmək olduqca əhəmiyyətlidir, ona diqqət yetirmək və rəvac vermək gərəkdir."
"İmam Hüseynin (ə) ziyarətçilərinə xidmət göstərmək iftixardır", - deyə bildirən Ayətullah İmamın qırxında İmam Hüseynin (ə) ziyarətini (Ərbəin ziyarəti) olduqca qiymətli və böyük bir xəzinə adlandırıb.
"Ziyarətin kənarında mədəni sahələrə də əhəmiyyət vermək lazımdır", - deyə Ayətullah Məkarim Şirazi qeyd edib ki, İmam Hüseynin (ə) Ərbində baş verən ziyarəti nizam və intizamla baş verməlidir, izdiham təhlükəyə çevrilməməli, qadınlar və uşaqları üçün xüsusi yerlər nəzərdə tutulmalıdır.
Alim düşmənlərin ərəbəin qabağı məkirli planlarına da toxundu: "Mina faciəsindən sonra düşmən oxşar hadisələrin təbii olmasını göstərmək məqsədi ilə ərbəin günü də qanlı hadisələr törətmək fikrindədir. Buna görə də, diqqətli və muğayat olmalıyıq.
O lazımı təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini vacib sayaraq şəxsi və qrup mənafelərinə xidmət edən təbliğatların baş verməməsini istəyib.
Ayətullah Məkarim Şirazi ərbəin ziyarətçilərinə dua etməyi, onların sağlamlığını Allahdan diləməyi hamıdan istəyərək bu duaları dəyərləndirib.
Ayətullahul – üzma Seyid Əli Sistani ərbəinlə əlaqədar keçirilən matəm mərasimlərində əsl İslam dini məzmunlu, onun təlim və mahiyyətini əks edbirən motivləri yerinə yetirməyin zəruriliyin vurğulayıb.
Mərcə- təqlid Ayətullahul – üzma Seyid Əli çıxışında deyib: Haqq İslam dininin təlimlərinə, o cümlədən namaz, hicab, islah, əfv, bəxşiş, ədəb və başqa keyfiyyətlərə diqqət verilsin.
Alim xalqı namaza, ixlasa, zikrin çoxluğuna, hər bir iş və sahədə xalis niyyətə dəvət edib.
Mərcə - təqlid əlavə edib: Bütün ziyarətçilər, xüsusən möminlər rəftar, əməl və geyimlərində iffətə riayət etsinlər. Hər növ dar geyim, qəbih rəftar və qadağan edilmiş zinətlərdən uzaq olsunlar.
Ayətullahul – üzma Seyid Əli Sistani vurğulayıb: Biz məsum imamların hüzurunda olmamışıq ki, onlardan öyrənək və onların əli ilə tərbiyyə olaq, lakin Uca Allah onların təlim, baxış və sözlərini bizim üçün qoruyub saxlayıb ta bizlərə meyar olsunlar.