Livanin Beyrut və digər şəhərlərində son günlər ərzində həyata keçirilən axtarışlarda 19 təhlükəli cinayətkar saxlanılıb.
AranNews-un TASS-a istinadla verdiyi xəbərə görə, Livan təhlükəsizlik qüvvələri bütün ölkə ərazisində yeni partlayışlar və hücumlar törətməyə hazırlaşan gizli fəaliyyət göstərən terror şəbəkəsi aşkarlayıb.
ekstremistlərin hərbi və güc strukturlarında əlbir olduqları şəxslər olub. Onların hamısı saxlanılıb.
Gizli "yuvalar”ın aşkara çıxarılması üzrə əməliyyat noyabrın 12-də "İmam Hüseyn" məscidi qarşısında, paytaxt Beyrutun Burc-əl-Barajna rayonunda törədilən partlayışlardan sonra keçirilib.
Xatırladaq ki, məsuliyyətini İŞİD terror təşkilatının üzərinə götürdüyü həmin terror hücumlarında 46 nəfər ölmüş, 240 nəfər yaralanmışdı.
Beyrut və digər rayonlarda son günlər ərzində həyata keçirilən axtarışlarda 19 təhlükəli cinayətkar saxlanılıb.
Preventiv reydlər terrorçuların Livanın şimalında İŞİD-ə and içəcək “əmirlik” yaradılması üzrə planlarını puça çıxarmağa imkan verib.