Tarix : 2015 Nov 22
Kod 46933

Avropada müsəlmanlara dəstək aksiyası keçirilib

Fransa və İtaliya müsəlmanları, Paris də törədilmiş terror aktlarına qarşı etirazlarını bildirmək üçün, Tuluz və Roma şəhərlərində, nümayiş keçiriblər.
AranNews- mitinq iştirakçıları Avropada yaşayan bütün insanların vətəndaş hüquqlarının qorunması və təmin edilməsini tələb ediblər.
Mitinq iştirakçıları həmçinin ifratçıların bəzi hərəkətlərinə görə, müsəlmanlara qarşı mənfi baxışlardan çəkinməyi tələb ediblər.
Fransanın cənubunda Tuluza şəhərində 10 minlərlə fransalı şənbə axşam sülh mitinqi keçirib və Müsəlmanlara qarşı ayrı seçkiliklərə son qoyulmasını tələbı ediblər.
Eyni zamanda, İtaliya müsəlmanlarıda Parisdə törədilmiş terror aktlarına qarşı etirazlarını bildirmək üçün Romada nümayiş keçiriblər.
İtaliya İslam İcmaları Birliyi tərəfindən təşkil olunmuş nümayişdə bu ölkədə yaşayan müsəlmanlar terrorizmin İslam dini ilə əlaqələndirilməsini pisləyən şüarlar səsləndiriblər. Qurumun sədri İzzəddin Əlzir bütün İslam dünyasının terrorizmi pislədiyini bildirib. O deyib ki, bu nümayiş müsəlmanların terrorizmə qarşı olduğunu göstərir.
İtaliya İslam Dini İcması bu ölkədə yaşayan bütün müsəlmanları terrorizmə qarşı birləşməyə çağıran müraciət yayıb. İtaliya İslam Konfederasiyası da daxil olmaqla, bu ölkədə fəaliyyət göstərən bir çox müsəlman qurumlarının nümayəndələri müraciəti imzalayıblar.
Qeyd edək ki, bir müddət öncə İŞİD terror qruplaşmasının üzvləriin Parisdə törətdiyi cinayətlər nəticəsində 130 nəfər həlak olmuş və 350 nəfər isə yaralanmışdı.
  • Yazılıb
  • da (də) 2015 Nov 22
  • Göndərən مدير سايت Aran News