sionist rejimin kəşfiyyat xidməti olan MOSSAD-ın 60 agenti, sionist qadın basketbolçularını mühafizə etmək uçun Ankaraya gəlib.
AranNews, Türkiyə mediasına istinadən xəbər verir ki, MOSSAD agentləri sionist qadın basketbolçularını mühafizə edəcək.
Türkiyənin milli qadın basketbol komandası 2017 FIBA Avropa Çempionatına seçmə mərhələsində H qrupunda sionist rejimin komandası ilə mübarizə aparır. Komandalar noyabrın 21-i axşam saatlarında Ankarada qarşı-qarşıya gələcək.
Matç öncəsi Ankarada təhlükəsizlik tədbirləri görülür. sionist rejimin komandası dünən axşam saatlarında 60 MOSSAD agenti ilə birlikdə Ankaraya gəlib. Təxminən 200 nəfərlik qrup qalacağı otelə çatdırılıb. Oteldə sionist rejimin baksetbolçuların qalacağı otaqlar MOSSAD agentləri tərəfindən tək-tək yoxlanılıb.
Matçdan əvvəl isə idman salonu və ətraf ərazidə yoxlamalar aparılacaq. Salon içində və çölündə 1500 polis təhlükəsizliyi təmin edəcək, 500 polis isə hazır vəziyyətdə gözləyəcək.