İŞİD-çi qadınların terror əməliyyatlarında iştirakı, bu qrupun qadınlardan istifadə etməsi mövzusunu dillərə salmışdır.
AranNews- ın "Rusiya əl-yovm"-a istinadla verdiyi məlumatada "Çarli Hebdo" jurnalının Parisdəki redaksiya binasına hücum edən və yəhudilərə aid ticarət mərkəzinə hücum edərək oradakı adamları girov götürənlərdən biri də Həyat Bumdin adlı qadın olmuşdur. Habelə, Hasna Ait Boulahcen Parisdəki 130 nəfərinə ölümünə səbəb olmuş terror hadisəsində "canlı bomba" kimi istifadə edilişdir.
Bunlar İŞİD-in qadınlardan terror əməliyyatlarında istifadə etmələrinin genişlənməsinin bir nümunəsidir.
Həyat Bumdin və Hasna Ait Boulahcenin 2015-ci ilin yanvar və noyabr aylarında Parisdə qanlı hücumları göstərir ki, İŞİD qadınlardan qüvvə cəzb etmək, məlumat toplamaq və təfəkkürün təbliği kimi işlərdə istifadə edir.
Adətən, ekstremist qruplara qoşulan qadınların taleyi faciəli olur. Çünki, ya öldürülür, ya da rəqib qruplara əsir düşürlər.
"İndependent" qəzeti İŞİD-ə aldanmış 22 yaşlı ingilis qadın Xədicə Darenin sözlərini dərc edib: "Mən də ingilis ya amerikalı bir terrorçunu öldürən ilk ingilis qadın olmaq istəyirəm".
Qəzetin yazdığına görə Dare, Londonun Levisham şəhərində qeyri-müsəlman ailəsində yaşayıb. O həyatında cins şalvar və dikdaban ayaqqabı geymək, dostları ilə Londonun küçə və parklarda gəzməkdən başqa bir şey barədə fikirləşməyib. O, Londonun universitetlərinin birində jurnalilstika və psixologiya təxəssüsünü bitirib. Lakin, 18 yaşında ikən internetdə İŞİD təfəkkürünə aldanıb.
Dare ailə həyatı qurduqdan sonra 2012-ci ildə əri ilə birlikdə İŞİD-ə qoşulmaq üçün Suriyaya yollanıb.
Çoxlu ingilis qız və qadın, o cümlədən Mühaciri Suriya adı ilə tanınmış qadın İŞİD-ə qoşulmuşdur və onlardan bəziləri əllərində silah, yaxud kəsilmiş baş tutduqları halda şəkil çəkdirərək, paylaşmışlar. Bu şəkillərin yayılması ingiltərəli qadınların İŞİD terrorçu qurplarına qoşulmalarının səbəbləri barədə söz-söhbətlər yaratmışdır.
İngiltərə Strateji Müzakirələr İnstitutu özünün ən yeni raportunda İŞİD-ə qoşulmuş qərblilərin sayının təqribən 3 min olduğunu bildirərək, artırıb: "İŞİD-in tərkibində olan qərb qüvvələrinin 550 nəfərini qadınlar təşkil edir".
Almaniyada yayılan məlumatlarda da 700 nəfər Almaniya vətəndaşının İŞİD sıralarında olduğu və onların 100 nəfərdən çoxunun qadın olması bildirilir.
Amerikada qadın məsələləri və cinsi zorakılıq üzrə mütəxəssis Neymi Gurinatan deyib: "Qadınların döyüşmək üçün İŞİD sıralarına qatılmasının səbəblərini bilmək zəruridir".
Nyu-York universitetlərinin birində müəllim olan Gurinatan artırıb: "Əvvəllər, heç bir qadın İŞİD qüvvələri arasında yox idi. Habelə, İŞİD-ə oxşar qruplarda da qadın qüvvələri yox idi. Lakin bu silahlı qruplar bir müddətdən sonra öz təşkilatlarında qadının olmasının lüzumunu başa düşdülər. Ona görə də qadın briqadaları yaratdılar və onlardan müxtəlif işlər üçün istifadə edirlər. Bəzi qadınlar da qarşıdurma və döyüşlərdə iştirak edirlər".
O daha sonra deyib: "Fransada dərc edilmiş statistikalar göstərir ki, İŞİD-ə qoşulmaq istəyənlərin 40 faizi qadınlardır".
Gurinatan vurğulayıb: "Bəzi qadınlar, qadın briqadalarına komandanlıq edirlər və bəziləri də İŞİD təfəkkürünü təbliğ edirlər".