Türkiyə vətəndaşlığına keçən və Kocaeli vilayətinin Başiskele rayonunda yaşayan Azərbaycan əslli Sevinc İsmayılova terror ittihamı ilə bu ölkənin vətəndaşlığından çıxarılıb.
AranNews-in yerli mətbuata istinadən verdiyi məlumata görə, 8 il əvvəl Türkiyəyə gedən İsmayılova bu ölkənin vətəndaşlığını qəbul edərək Sevinc Atakay adını götürüb. Başiskeledə yaşamağa başlayan 29 yaşlı Sevinc burda ailə qurub və 2 övladı olub.
Hazırda həyat yoldaşı ilə boşanma mərhələsində olan Sevinc qohumları ilə də problemlər yaşayıb. Ankarada onun barəsində qaldırılan ittihama görə məhkəmə Sevinc Atakay barəsində 6 ay 7 gün həbs qərarı verib. Bu qərarla birlikdə Türkiyə Cümhuriyyəti vətəndaşlığından da çıxarılan Sevincə bu barədə məhkəmə qərarı da göndərilib.
Sevinc Atakay mətbuata verdiyi açıqlamada terrorçuluqda ittiham olunduğunu bildirib.
“Mənə yenidə 2 il daha burda qalmaq üçün izn verildi. Türkiyə Cümhuriyyətinin vətəndaşı kimi seçkidə səs də verdim. Daha əvvəl ittiham olunmamışam. Amma indi vətəndaşlıqdan çıxarıldığım bildirilib. Böyüdüləcək əhəmiyyətli bir cinayətim yoxdur. Bibimlə aramız dəymişdi. Ankarada əleyhimə iddia qaldırıb. Bütün məsələ budur.
Mən Türkiyə vətəndaşılığında qalmaq istəyirəm.”
Appelyasiya şikayəti verməyə hazırlaşan Sevinc Atakay lazım gəlsə Azərbaycana qayıtmamaq üçün Avropa İnsan Haqları Məhkəməsinə də gedəcək.
Xatirlatmaliyiq ki, Türkiyə vətəndaşlığına keçən və Kocaeli vilayətinin Başiskele rayonunda yaşayan Azərbaycan əslli Sevinc İsmayılova terror ittihamı ilə bu ölkənin vətəndaşlığından çıxarılıb.