Parisdə baş verən son terror hücumu və son aylarda qaçqınların Avropaya kütləvi axını Avropada yaşayan müsəlmanların məsələsini bir daha gündəmə gətirdi.
AranNews - Avropa ölkələrinin bir çoxunda, o cümlədən Fransa, Belçika, Almaniya, Britaniya, və Hollandiyada müsəlmanların sayının artması barədə narahatlıqların ardınca, bu ölkələrin siyasi qrupları və əhalisinin bəziləri dövlətdən tələb edib ki, müsəlman miqrantlarının ölkəyə girişinin qarşısı alınsın və Avropada cəmiyyət tərkibinin dəyişikliyinə nəzarət olunsun.
Görəsən, Avropada yaşayan müsəlmanların sayı nə qədərdir və hansı sürətlə artmaqdadır?
Avropa ölkələrinin müsəlman sakinləri və müsəlman cəmiyyətinin artması barədə bu beş statistik nöqtə "Pew (Pyu) Araşdırma Mərkəzi"-nin ən yeni araşdırma nəticələri əsasında hazırlanmışdır.
1. Almaniya və Fransa ən çox müsəlman cəmiyyəti olan Avropa ölkələridir. 2010-cu ilin statistikasına görə Almaniyada 4.8 milyon müsəlman yaşayır. Bu da ölkə əhalisinin 5.8 faizi deməkdir. Fransada müsəlmanların sayı 4.7 milyondur və ölkə əhalisinin 7.5 faizini təşkil edir. Ümumi olaraq Avropa qitəsində 14 milyon müsəlman əhalisi və ölkə əhalisinin 10 faizini təşkil etməklə Rusiya, ən çox müsəlman cəmiyyəti olan ölkə sayılır.
2. Avropada məskunlaşmış müsəlmanların sayı son bir neçə onillikdə dayanadan artmaqda olmuşdur. Nümunə olaraq, 1990-cı ildən 2010-cu ilədək Avropanın müsəlman cəmiyyəti 1% artmış və 4%-ə çatmışdır. Belə gözlənilir ki, bu regionda müsəlmanların artması 2030-cu ilədək davam edəcək və 8%-ə çatacaq.
3. Müsəlmanlar, Avropanın digər əhalisi ilə müqayisədə daha cavandırlar və 2010-cu ilin statistikasına görə Avropanın müsəlman sakinlərinin orta yaş həddi 32, Avropanın bütün cəmiyyətini orta yaş həddi isə 40-dır. Beləliklə, müsəlman cəmiyyətin orta yaş həddi 8 il cavandır. Allah və dinə inanclı olmayan, yaxud şəkk halında yaşayan Avropa əhalisinin orta yaş həddi 38, avropalı xristianların orta yaş həddi isə 42-dir.
4. Avropalıların müxtəlif ölkələrdə yaşayan müsəlmanlara qarşı baxışları müxtəlifdir. Pew (Pyu) Araşdırma Mərkəzinin ötən ilin baharında keçirdiyi sorğunun nəticələrinə görə İngltərə, Almaniya, Fransa əhalisinin çoxunun müsəlmanlara qarşı baxışları müsbətdir. İspaniyada isə müsbət və mənfi baxışlar demək olar ki, bərabərdir. İtaliya, Polşa və Yunanıstanın əhalinin çoxunun müsəlmanlara qarşı baxışları mənfidir.
Avropa cəmiyyətinin müsəlmanlara qarşı baxışları ən çox onların siyasi baxışlarına qayıdır. Məsələn, Almaniyada sağçıların 47 faizi müsəlmanlara mənfi yanaşır. Halbuki, bu rəqəm solçular arasında 30 faizdir. İtaliya, Fransa və Yunanıstan kimi ölkələrdə də solçular və sağçılar arasında baxış fərqləri çox müşahidə olunur.
5. 2010-cu ilin statistikasına əsasən, Avropada 13 milyon mühacir müsəlman yaşayır. Almaniyda dünyaya gəlmiş müsəlmanların çoxu türkiyəlidir. Kosovo, İraq, Bosniya və Mərakeş müsəlmanları da bir neçə faiz təşkil edir. Fransada yaşayan 3 milyon müsəlmanın çoxu bu ölkədə dünyaya gəlməyib və qabaqlar bu ölkənin müsətəmləkəsi olmuş Əlcəzair, Mərakeş və Tunis vətəndaşlarıdır.
2003-cü ildə yaradılmış və Vaşinqtonda yerləşən Pew (Pyu) Araşdırma Mərkəzi amerikalı qeyri-partiya düşüncə mərkəzidir və ictimai məsələlər və ümumi fikir prosesləri, əhali barədə statistikalar təqdim edir.
Sorğu, sosioloji təhqiqat, media araşdırması, ictimai elmlər barədə sınaq təhqiqatları aparmaq bu qeyri-dövlət və xeyriyyə təşkilatlarına bağlı olan Pew (Pyu) Araşdırma Mərkəzinin digər fəaliyyətlərindən sayılır.