İran prezidenti deyib ki, Qaz İxrac edən Ölkələr Forumunun dünyadakı yerinin yüksəlməsi məsələyə keçmişdəkindən daha ətraflı baxmağı tələb edir.
AranNews- Həsən Ruhani Qaz İxrac edən Ölkələr Forumunun sammitində bu foruma üzv ölkələrin hamısının maraqlaırnın himayəsi istiqamətində həll yollarının tapılması üzrə həmkarlığı, beynəlxalq enerji sahəsində forumun yerinin yüksəldilməsi və dünyada istehlak olunan enerjinin tərkibində təbii qazın payının artırılması istiqamətindəki siyasətlərin ahəngarlaşdırılması, təbii qazın istehsalı və ticarəti və bu sahədə kəşfiyyat və qazıntını Tehran iclasının hədəflərindən adlandırıb.
İran prezidenti bildirib ki, daşlaşmış enerjidən istifadənin önəmi və zərurətinə rəğmən, bu enerji mənbhələrindən davamsız istifadə bəzi sosial ziyanlara səbəb olub, ətraf mühitə mənfi təsirlər göstərib və dünyanı ətraf mühitin qorunması, iqtisadi inkişaf üçün enerjidən istifadə arasında müvazinə məsələsini qoyubdur.
Ruhani vurğulayıb ki, davamlı inkişaf formasında enerji məsələsinə diqqət yetirilməlidir. O, deyib ki, gələn həftə Parisdə keçiriləcək iqlim dəyişikliyi ilə bağlı siyasət və məsələlərdə beynəlxalq razılaşmanın əldə olunması niyyətində olan Cop21 konfransına Tehran iclasında bir müraciətin göndərilməsi təklif olunub.
İran prezidenti bildirib ki, təbii qazın istehlakı qarşıdakı on illiklərdə nəzərəcarpacaq dərəcədə artacaq. O, deyib ki, bütün ölkələr, xüsusən inkişafda olan ölkələr bu inamdadırlar ki, təbii qaz daşlaşmış yanacaqlardan istifadə kimi ənənəvi dövrdən emal oluna bilinən enerjilərə keçmək üçün bir körpü ola bilər.
Ruhani deyib ki, Qaz İxrac edən Ölkələr Forumunun dünyadakı yerinin yüksəlməsi məsələyə keçmişdəkindən daha ətraflı baxmağı tələb edir.