Tarix : 2015 Nov 23
Kod 46951

Yəmən ordusu Ərəbistan hərbçilərini ağır tələfata məruz qoyub

Sərhəd döyüşləri meydanında Yəmən ordusunun artilleriya hücumları bu ölkənin cənubunda bir qrup ərəbistanlı hərbçinin məhv olmasına səbəb olub.
Arannews- Yəmən ordusu bu ölkənin cənubunda Ərəbistan hərbçilərini ağır tələfata məruz qoyub.
 Yəmənin ordusu və xalq komitələri Marəb vilayətindəki Kufəl şəhərinin ətrafında yerləşən Ələşqər strateji dağını, həmçinin Ərəbistanın Nəcran şəhərindəki Əlşərəfə məntəqəsində Əlşəbəkə hərbi mövqeyini öz nəzarətlərinə ala biliblər.
Yəmən ordusu bu məntəqədə üç tankı qənimət götürüb.
Yəmənin ordusu və xalq komitələri səudiyyə muzdurları və təcavüzkar qırıcılarının Təiz şəhərinə qarşı hücumları ilə mübarizə aparıblar.
Sərhəd döyüşləri meydanında Yəmən ordusunun artilleriya hücumları da bu ölkənin cənubunda bir qrup ərəbistanlı hərbçinin məhv olmasına səbəb olub.

  • Yazılıb
  • da (də) 2015 Nov 23
  • Göndərən مدير سايت Aran News