Tarix : 2015 Nov 23
Kod 46953

İŞİD təkfirçilərini dəstəkləyənlər kimlərdir?

İŞİD-in əsas himayəçiləri altı ölkə və bir rejim Səudiyyə Ərəbistanı, Türkiyə, Qətər, İngiltərə, Fransa, Amerika və sionist rejimdir.
Arannews- "Global research" analitik portalı bir reportajda İŞİD təkfirçilərini dəstəkləyən altı ölkəyə və bir rejimə işarə edib.
Həmin reportaja əsasən, bu altı ölkə və bir rejim Səudiyyə Ərəbistanı, Türkiyə, Qətər, İngiltərə, Fransa, Amerika və sionist rejimdir.
Bu analitik portal sonra adları sadalanan ölkələr və sionist rejimin bu terror qrupuna verdikləri dəstəyin növünü izah edib və yazıb: Səudiyyə Ərəbistanı 2006-cı ildə Vaşinqtonun göstərişi ilə Əlqaidəni yaratdı ki, İraqın İrana yaxınlaşmasının qarşısını almış olsun.
Bu məlumata əsasən, 2011-ci ildə Ərəbistan Suriyanın Dəra məntəqəsində ifratçı qrupları və təqribən bütün suriyalı ifratçıları silahlandırdı və elə ixtilaflar yaratdı ki, onların müstəqil qüdrətini məhdudlaşdırmış olsun.
Türkiyə İŞİD təkfirçilərni dəstəkləyən ikinci ölkədir və bu ölkə sərhədindən Suriyanın şimalına keçmək istiqamətində xarici ekstremistlər üçün təhlükəsiz marşrut yaratdı.
Bu məlumata görə, Türkiyə Ərəbistanla yanaşı, Cibhətunnusrə terror qrupunu yaratdı ki, 2015-ci ildə şimala hücum etmiş olsun.
Türkiyə ifratçı qrupların hakimiyyətinə ev sahibliyini üzərinə götürüb və İŞİD tərəfindən oğurlanmış neftin satışını koordinasiya edir, həmçinin İŞİD təkfirçilərinin ixtiyarına tibbi xidmətlər qoyur.
İŞİD təkfirçilərini dəstəkləyən üçüncü ölkə, Qətərdir. Bu ölkə 2011-2013-cü illər arasında Faruq kimi ifratçı qruplarla əlaqədə olan "Müsəlman qardaşları"na milyardlarla dollar xərclədi. 2013-cü ildən sonra Qətər Cibhətunnusrə koalisiyasını və Türkiyə-Ərəbistan mehvərini dəstəklədi.
Sionist rejim də Cibhətunnusrə və İŞİD daxil olmaqla suriyalı təkfirçiləri silah təmini, tibbi xidmətlər və Cövlan sərhədində işlərin koordinasiyası yolu ilə dəstəkləyir.
"Global research" əlavə edib: İngiltərə və Fransa Əlqaidə qrupu ilə yaxın həmkarlığa malik olan ifratçıları silahla təmin etmək yolu ilə İŞİD təkfirçilərini himayə ediblər, zira bu ifratçı qruplar sistemli surətdə İŞİD təkfirçilərinə qoşulub və onlara silah veriblər.
Amerika bu altı ölkədən sonuncusudur ki, yuxarıda göstərilən bütün halları idarə və koordinasiya edir və özünün Türkiyə, İordaniya, Qətər, İraq və Ərəbistandakı hərbi bazalarından bəhrələnir.
Bu məlumata əsasən, Amerika İŞİD-ə pənah aparan suriyalı qiyamçıları silahlandırır. ABŞ İŞİD-i kürdsakinli məntəqələrdən uzaqlaşdırır, amma onlara Suriyaya hücum icazəsi verir. İraqlı rəsmilər deyirlər ki, Amerika birbaşa şəkildə təyyarə vasitəsilə köçürdüyü köməklər yolu ilə İŞİD təkfirçilərini himayə edir.

  • Yazılıb
  • da (də) 2015 Nov 23
  • Göndərən مدير سايت Aran News